Bu gün İslam Həmrəyliyi Oyunlarının açılış mərasimi olacaq

Açılışda İslam mədəniyyətini tərənnüm edən kompozisiyalar nümayiş olunacaq

Source:


Açılışda İslam mədəniyyətini tərənnüm edən kompozisiyalar nümayiş olunacaq

Mayın 12-si “Bakı 2017” IV İslam Həmrəyliyi Oyunlarının açılış mərasimi keçiriləcək.

Açılış saat 21 radələrində Bakı Olimpiya Stadionunda olacaq. Mərasimdə Azərbaycan və İslam mədəniyyətini tərənnüm edən kompozisiyaların nümayiş olunacağı bildirilir. Açılış mərasiminin təxminən iki saat davam edəcəyi gözlənilir.

Oyunlara qatılan 54 islam ölkəsini təmsil edən idmançılar 21 idman növü üzrə mübarizə aparacaqlar. Açılış mərasimi hələ keçirilməsə də, yarışlarda futbol və həndbol oyunları artıq başlayıb. Yarışlar mayın 22-nə kimi davam edəcək.

Ana səhifəXəbərlərBu gün İslam Həmrəyliyi Oyunlarının açılış mərasimi olacaq