12 iyun Bakı 2015 İlk Avropa Oyunlarının Açılış Mərasimi günü ilə əlaqədar Bakıda bəzi yollarda nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq.
Azərbaycan Nəqliyyat Nazirliyi Nəqliyyatı İntellektual İdarəetməsi Mərkəzindən (NİİM) “Marja” ya verilən məlumata görə, aşağıda qeyd olunan yollarda 12 iyun günorta saat 16:00-dan 13 iyun gecə saat 02:00-dək nəqliyyatın hərəkəti tam məhdudlaşdırılacaq:
• Heydər Əliyev prospekti, Babək qovşağından Sabunçu qovşağınadək
• Mehdi Hüseyn küçəsi, Parlament prospekti dairəsindən Teymur Elçin küçəsilə kəsişməyədək