Bu dəfə əhali Mərkəzi Bankdan “varlı” çıxdı

7 milyard 311,8 milyon manat əmanətin 6 milyard 406,3 milyon manatı Azərbaycan vətəndaşlarına (rezidentlərə), 905,5 milyon manatı xaricilərə (qeyri-rezidentlərə) məxsusdur

Source:


7 milyard 311,8 milyon manat əmanətin 6 milyard 406,3 milyon manatı Azərbaycan vətəndaşlarına (rezidentlərə), 905,5 milyon manatı xaricilərə (qeyri-rezidentlərə) məxsusdur

Bu ilin Sentyabr ayının sonuna olan məlumata görə fiziki şəxslərin banklarda 7 milyard 311,8 milyon manat əmanəti olub. “Marja” xəbər verir ki, bu, Mərkəzi Bankın valyuta ehtiyatlarından çoxdur.

Belə ki, 30 Oktyabr 2015-ci il tarixinə Mərkəzi Bankın valyuta ehtiyatları 6 milyard 834.6 milyon dollar (7 milyard 177 milyon manat) təşkil edib. Bu da əhalinin əmanətlərindən 134,8 milyon manat azdır. Beləliklə, əhali, Mərkəzi Bankdan daha çox yığıma malikdir.

7 milyard 311,8 milyon manat əmanətin 6 milyard 406,3 milyon manatı Azərbaycan vətəndaşlarına (rezidentlərə), 905,5 milyon manatı xaricilərə (qeyri-rezidentlərə) məxsusdur.

Ötən ilin İyul ayından Mərkəzi Bankın valyuta ehtiyatları azalır. Oktyabrın 30-na Mərkəzi Bankın valyuta ehtiyatları 6 milyard 834.6 milyon dollar təşkil edib. Bu, Sentyabrın 30-u ilə müqayisədə 180,1 milyon dollar və ya 2.6 faiz azdır. Ehtiyatların azalmasının dayandırılması üçün 26 Fevral 2015-ci il tarixində Mərkəzi Bank tərəfindən manatın devalvasiyası reallaşdırılmışdı. 2014-cü ilin 30 iyul tarixində Mərkəzi Bankın valyuta ehtiyatları 15 milyard 193.4 milyon dollara çıxmışdı. Hazırda, Bankın ehtiyatları həmin pik səviyyə ilə müqayisədə 8 milyard 358 milyon dollar azdır.

Ana səhifəXəbərlərBu dəfə əhali Mərkəzi Bankdan “varlı” çıxdı