Brakonyerlər polis əməkdaşını öldürüblər

Kiçik serjant brakonyerlərin qayığını saxlamaq istəyəndə, Rafiq Əsgərov elektrik cərəyanına birləşdirilmiş toru Malik Cahangirovun olduğu yerə atıb və cərəyanı qoşub

Source:


Kiçik serjant brakonyerlərin qayığını saxlamaq istəyəndə, Rafiq Əsgərov elektrik cərəyanına birləşdirilmiş toru Malik Cahangirovun olduğu yerə atıb və cərəyanı qoşub

Lənkəranda brakonyerlərə qarşı əməliyyat zamanı polis əməkdaşı Malik Cahangirov həlak olub. Olay barədə Baş Prokurorluğun mətbuat xidmətinin yaydığı məlumatda bildirilir ki, sentyabrın 29-da saat 23:00-da polisin brakonyerlərin tutulması üzrə əməliyyatı zamanı kiçik serjant Malik Cahangirov həlak olub.

Faktla bağlı rayon prokurorluğunda 120.1-ci (qəsdən adam öldürmə) maddə ilə cinayət işi açılıb.

İstintaq zamanı müəyyən edilib ki, əməliyyat zamanı polis idarəsinin əməkdaşları su nəqliyyat vasitəsilə brakonyerləri – Lənkəran rayonunun Urge kənd sakini Rafiq Əsgərov və Bəhruz Hüseynovu saxlamağa çalışıblar.

Kiçik serjant brakonyerlərin qayığını saxlamağa çalışıb. Həmin vaxt Əsgərov elektrik cərəyanına birləşdirilmiş toru Cahangirovun olduğu yerə atıb və cərəyanı qoşub.

Nəticədə polis əməkdaşı həlak olub, brakonyerlər qaçıb gizləniblər. “Turan İA”-ın məlumatına görə, əməliyyat-axtarış tədbirləri nəticəsində Əsgərov və Hüseynov saxlanılıb. Hazırda zəruri istintaq tədbirləri həyata keçirilir.

Ana səhifəXəbərlərBrakonyerlər polis əməkdaşını öldürüblər