BQXK əməkdaşları Dağlıq Qarabağda saxlanılan azərbaycanlılarla görüşüb

Komitə azərbaycanlıların ailələri ilə əlaqə saxlamasına yardımçı olmaq istədiyini bildirir

Source:
Dilqəm Əsgərov və Şahbaz Quliyev


Komitə azərbaycanlıların ailələri ilə əlaqə saxlamasına yardımçı olmaq istədiyini bildirir

Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) nümayəndələri Dağlıq Qarabağda saxlanılan Dilqəm Əsgərov, Elnur Hüseynzadə və Şahbaz Quliyevə baş çəkib.

BQXK-nın Azərbaycan nümayəndəliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova onlara ailələri ilə məlumat mübadiləsi aparmaları üçün şərait yaradıldığını və görüşün qurumun standart proseduralarına uyğun aparıldığını deyib.

Məlumatı APA yayıb.

İlahə Hüseynova BXQK mandatına uyğun olaraq saxlanılan şəxslərə onların şəraitini, davranışı monitorinq etmək və bu insanların ailələri ilə əlaqə saxlamasına yardımçı olmaq üçün baş çəkildiyini qeyd edib.

Hazırda Dağlıq Qarabağda üç azərbaycanlı saxlanılır.

2014-cü ilin iyul ayında Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan əsgərləri tərəfindən girov götürülüblər, Azərbaycan vətəndaşı Həsən Həsənov isə güllələnərək öldürülüb. H. Həsənovun meyiti erməni tərəfdən alınaraq Bakıda dəfn edilib. İşğal altındakı Dağlıq Qarabağda D. Əsgərov və Ş. Quliyev üzərində məhkəmə qurulub. Məhkəmənin qərarı ilə D. Əsgərov ömürlük, Ş. Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum edilib.

Azərbaycan vətəndaşı Elnur Hüseynzadə isə bu ilin fevralında Talış kəndi istiqamətində naməlum şəraitdə ermənilərin əlinə düşüb.

Ana səhifəXəbərlərBQXK əməkdaşları Dağlıq Qarabağda saxlanılan azərbaycanlılarla görüşüb