“BP-Azerbaijan”-dan 100 min manatlıq konpensasiya

Martın sonlarına qədər ВР-Azerbaijan ümumilikdə 422 nəfəri işdən çıxaracaq

Source:


Martın sonlarına qədər ВР-Azerbaijan ümumilikdə 422 nəfəri işdən çıxaracaq

Xəbər verildiyi kimi, ilin əvvəlindən ölkənin ən iri hasilat şirkəti – “BP-Azerbaijan”  öz ştatının azaldılmasına başlayıb və birinci ay 255 əməkdaşı işdən çıxarıb.

“Turan İA”a öz mənbələrindən məlum olub ki, ixtisara düşən işçilərdən heç biri şirkət rəhbərliyinə qarşı hər hansı iddia irəli sürməyib. Belə ki, verilən kompensasiya onları qane edib. Kompensasiyaya iki amil təsir göstərib: iş stajı və işçinin ixtisası (dərəcəsi).

Ən böyük həcmdə kompensasiyanı şirkətin 18 il əmək stajına malik olan əməkdaşı alıb. Onun “birdəfəlik qonorar”ı 100 min manata yaxın olub. Üstəlik bu pullara vergi şamil edilmir, hamısını şirkət özü ödəyir.

Bundan əlavə, “BP-Azerbaijan” əməkdaşlarının sosial müdafiəsi məqsədilə görünməmiş aksiya təşkil edib. İxtisar olunanlar arasında kredit borcları olan şəxslərin borclarının bir hissəsini 14 ay müddətində ödəmək qərarına gəlib. Bu, əsasən ipoteka kreditlərini ödəyənlərə şamil edilib.

“Hesab edirik ki, bizim əməkdaşlar şirkətdəki dayanıqlı və perspektivli işə arxayın olaraq öz üzərlərinə maliyyə riski götürüblər. Lakin obyektiv səbəblərdən bu, belə olmadı. Odur ki, keçmiş əməkdaşlarımıza yardım etmək qərarına gəldik”, –  ВР-Azerbaijan-ın adının açıqlanmasını istəməyən menecerlərindən biri “Turan İA”-a bildirib.

Martın sonlarına qədər ВР-Azerbaijan ümumilikdə 422 nəfəri işdən çıxaracaq.

Ana səhifəXəbərlər“BP-Azerbaijan”-dan 100 min manatlıq konpensasiya