”Əsrin müqaviləsi”nin uzadılmasının qarşısı alınır
“Amerikanın neft şirkəti “Exxon Mobil” və Britaniyanın BP şirkəti Azərbaycanda yataqların miqyaslı istismarı üzrə razılığa gələ bilmir, bununla “Əsrin müqaviləsi”nin uzadılmasının qarşısını alır”, – deyə sahə üzrə üç yüksəkrütbəli mənbə Reuters-ə bildirib.
“AÇG blokunu istismar edən BP Azərbaycan hökuməti ilə 30 illik sazişin uzadılmasının şərtlərini ilkin olaraq razılaşdırıb. Anacaq hasilatının bir faizi AÇG-də olan “Exxon” daha yaxşı əqd şərtlərinə ümid edir”, – deyə mənbə bildirir.
Mənbənin məlumatına görə, nəticədə daha $100 mlrd məbləğində neft hasilatına imkan verən layihə barədə danışıqlar əngəllə üzləşib, “Exxon” rəhbəri Reks Tillerson ilə BP rəhbəri Bob Dadlinin münasibətlərində gərginliyi artırıb.
“Çıxış yolu üçün cəhdlər edildi, çünkü BP və Azərbaycan yeni şərtləri razılaşdırıb, amma “Exxon” yenə onları rədd edib. İki ildir “Exxon” daha yaxşı şərtlər tələb edir”, – Qərb ölkələrinin neft sahəsi üzrə mənbələrindən biri bildirib.
Keçmiş SSRİ respublikalarından birindən olan nüfuzlu mənbə deyib: “”Exxon” yaxşı şərtlər tələb edir. Onun fikirləri BP-dən fərqlənir”.
Mövcud sazişin sonuna 8 il qalır. Amma belə uzunmüddətli əqdlər üçün danışıqlar tez, ən azı ilin əvvəli başlamalıdır. Konsorsium üzrə tərəfdaşlar layihəyə artıq $32 mlrd qoyub.
Azərbaycanda hasilatın dörddə üçün və ya sutkada 600.000 barreldən söhbət gedir. Bu, dünya istehsalının 0,7%-dir.
Azərbaycan ilkin sazişi 1994-cü ildə imzalayıb. O vaxtdan enerji zənginliyi ölkəni Formula-1 keçirən ölkəyə çevirib. Hərçənd neftin ucuzlaşması iqtisadiyyata ciddi ziyan vurub.
BP danışıqların detallarını açıqlamaqdan imtina edib, təkcə onu bildirib ki, AÇG blokundan 2,9 mlrd barrel hasilat olub.
“Tərəfdaşlarımızla birgə uğurlu nəticələrin artırılmasına və yerli bazarın inkişafına dəstək verməyə çalışırıq”, – deyə BP-dən bildiriblər.
“Exxon” bildirib ki, “kommersiya danışıqlarını” şərh etmir.
BP-nin layihədəki payı 35,8%, “Exxon”-un payı 8%-dir. Konsorsiumun digər üzvləri SOCAR, “Chevron” və Inpex” hərəsi 11%, “Statoil” 8,6%, TPAO, “Itochu” və ONGC daha az paya malikdir.
Yataqlar sutkada 1 mln barrel neft verməli idi. Amma 2010-cu ildəki 820.000 barrel nəticədən sonra hasilat azaldı. Prezident Əliyev BP-ni “yalan vədlərdə” ittiham etdi.
Azərbaycan hətta 2024-cü ildən sonra yatağı təkbaşına işləyə biləcəyini bəyan etdi.
Ancaq BP fikir ayrılığını yoluna qoya və razılaşmanın 2040-cı ilə, bəlkə də hazırkı bir barrel 50 dollar qiymətlə 100 milyard dollar dəyərində 2 milyard barrel hasil etmək üçün 2060-cı ilə qədər uzadılması ilə bağlı danışıqlara başlaya bildi.
“Exxon” öz mövqeyini 2014-cü ildən sonra sərtləşdirdi. Danışıqlara yaxın mənbə deyib ki, Tillersonla Dadlinin münasibətləri vəziyyəti mürəkkəbləşdirib.
Sahib ölkələr çox vaxt konsorsium üzrə tərəfdaşların fikir ayrılığından daha yaxşı nəticələr əldə etmək üçün istifadə edir, tərəfdaşları sazişi uzatmaqdan imtina etməklə hədələyir.
Amma Azərbaycan tərəfi bu imkanı istisna edib.
“Azərbaycan heç bir ultimatum verməyib, – deyə o bildirib, – sentyabrın sonuna kimi əqd bağlanacağına inanırıq”.
(“Turan” İA)