Böyük əfv fərmanı olacaq

Monitorinq Qrupu prezidentə müraciət edib

Source:


Monitorinq Qrupu prezidentə müraciət edib

Hüquq Müdafiəçilərinin Monitorinq Qrupunun üzvü Novella Cəfəroğlu təmsil olunduğu təşkilatın prezident İlham Əliyevə əfv fərmanı ilə bağlı müraciət edib. Müraciətdə bir sıra siyasi məhbusların əfv olunması xahiş olunur.

Meydan TV-yə müraciətləri haqqında açıqlama verən Novella Cəfəroğlu bildirib ki, onlar haqqında hökm çıxarılan İlqar Məmmədovun, Tofiq Yaqublunun, Nemət Pənahlının, Əli İnsanovun, NİDA-çıların, Pərviz Həşimlinin, Anar Məmmədlinin və başqalarının adlarını müraciətlərinə daxil ediblər.

Novella Cəfəroğlu əfv fərmanının nə zaman imzalanacağı haqqında məlumata malik olmadığını deyib: “Biz konkret zaman bilmirik, ya 28 mayda, ya da 15 iyunda imzalanması gözlənilir”.

Parlamentin Hüquq Siyasəti və Dövlət Quruculuğu komitəsinin üzvü Çingiz Qənizadə də böyük əfv fərmanının imzalanacağını deyib. O, “Azadlıq Radiosu”na bildirib ki, həbso mübahisə predmeti olan və mübahisəli şəxslərlə bağlı böyük bir əfv fərmanı veriləcək.Güman ki, fərman bu ay imzalanacaq: “Bizim mütəmadi dövlət orqanlarının rəhbərləri ilə görüşlərimiz bunu deməyə əsas verir”.

Deputat Çingiz Qənizadə Novella Cəfəroğlunun prezidentə müraciə etdiklərini təsdiqlədi. Sonuncu əfv fərmanı 2013-cü ilin oktyabrında imzalanıb, o zaman 150-dən çox məhbus azad edilmişdi.

Ana səhifəXəbərlərBöyük əfv fərmanı olacaq