Böyük Britaniyanın baş naziri istefa verir

Bəyanatın sonunda cənab Cameronun kədərləndiyi və onun səsinin titrədiyi hiss olunub

Source:


Bəyanatın sonunda cənab Cameronun kədərləndiyi və onun səsinin titrədiyi hiss olunub


Böyük Britaniya baş naziri David Cameron

 istefa verib.

Baş nazir canlı yayında xalqa müraciəti zamanı istefa qərarını açıqlayıb.

Downing Street-dəki evi qarşısında çıxış edən David Cameron deyib ki, Britaniyanın Avropadakı gələcək rolunu müzakirə etmək üçün güclü və qətiyyətli liderə ehtiyacı var.

Referendumun nəticələri barədə “heç bir şübhə ola bilməz”, Britaniya xalqı öz seçimini edib, o deyib.

“Mən bu ölkənin 6 ildir ki, Baş naziri olduğumla qürur duyuram”, o deyir. “Lakin mən bizim ölkəni növbəti mərhələyə sürəcək kapitan olmayacam”.

Oktyabr ayında yeni Partiya Liderinin seçiləcəyini düşündüyünü deyib.

“Biz yeni Baş Nazir seçməliyik, mən öz kabinetimlə növbəti bir neçə ay ərzində işləməyə davam edəcəyəm”, deyən Baş Nazir oktyabr ayında keçiriləcək Mühafizəkarlar Partiyasının qurultayına qədər yeni Partiya Liderinin olacağını deyib.

Cameron kraliçaya bu barədə məlumat verdiyini də əlavə edib.

Bəyanatın sonunda cənab Cameronun kədərləndiyi və onun səsinin titrədiyi hiss olunub.



BBC-Azərbaycanca

Ana səhifəXəbərlərBöyük Britaniyanın baş naziri istefa verir