“Novaya qazeta. Baltiya”nın xəbəri
Britaniya Xarici İşlər Nazirliyi Rusiyaya qarşı yeni sanksiyalar paketi tətbiq edir. Siyahıya hərbi texnikanın daşınması ilə məşğul olan 6 müəssisə və Kreml elitasının sərvətini qorumağa kömək edən 8 fiziki şəxs və bir şirkət daxildir. Yeni sanksiyalar Ukrayna Prezidenti Volodimir Zelenskinin Böyük Britaniyaya səfəri fonunda elan edilib.
Siyahıya aşağıdakı şirkət və şəxslər düşüb:
CST – Rusiya dronlarının istehsalçısı;
“RT-Komplekt” – helikopterlər üçün ehtiyat hissələri istehsalçısı;
“Oboronlogistika” – Rusiya hərbi texnikasının daşınması ilə məşğul olan şirkət;
“Universalmash” və “Lipetsk” – zenit-raket sistemləri üçün tırtıllı şassilər istehsal edən və dəyişdirən şirkətlər;
“Topaz” – hərbi aviasiya proqram təminatı şirkəti;
“IT Service Moscoms” – Rusiya elitası üçün İnternet xidmətləri göstərən şirkət;
Boris Titov – Rusiya Prezidentinin Sahibkarların Hüquqları üzrə müvəkkili;
Pavel Titov – Biznes Rusiya Assosiasiyasının prezidenti;
Nikolay Yeqorov – son vaxtlara qədər Rusiyanın ən böyük özəl neft emalı zavodunun idarə heyətinin sədr müavini;
Yevgeni Şkolov – prezidentin keçmiş köməkçisi və “Vahid Enerji Sisteminin Sistem Operatoru” şirkətinin direktorlar şurası rəhbərinin müavini;
Sergey Rudnov – Kremlyönümlü “Regum” nəşrinin sahibi;
Svetlana Krivonoqix – “Rossiya Bank”ın səhmdarı;
Viktor Myachin – Rusiyanın təyyarələrə texniki xidmət və təmir şirkəti olan “Aerostart”ın sahibi;
Aleksey Repik – Rusiyanın özəl sərmayə fondundan maliyyə alan Rusiyanın “R-Pharm” əczaçılıq şirkətinin direktorlar şurasının rəhbəri.
Ukraynada müharibə başlayandan bəri Böyük Britaniya Rusiyanın 1300-dən çox fiziki və hüquqi şəxsinə qarşı sanksiya tətbiq edib.