Borçalı QHT-ləri

Asan və hesabı verilməyən pullar…

Source:

20 Yanvar ve Xocalı anım törənləri ilə bağlı  Gürcüstan Azerbaycanlıları adından keçirilən tedbir və mərasimləri gördükdən sonra fikirlərimi bu yazıda sizinlə bölüşmək istədim. Gürcüstan azərbaycanlıları bir çox sahədə olduğu kimi, QHT yaratma, onu maliyələşdirmə, hətta faaliyəti belə Azərbaycandan təşkil edilən Borçalıdakı QHT lərinin çox maraqlı bir yanları var. Onların Gürcüstanın bütün digər QHT lərindən ən önəmli üstünlüyü heç bir yaradıcı ideyaya gərək olmadan, az rəqabətlə, hər hansı hesabat gərəkmədən, sadəcə “Yavru yurd”un ana vətənə sədaqət və dəstəyini göstərən ( qısacası vətənşüvənliklə) istənilən məsələylə bağlı asanlıqla maliyələşə bilirlər.

Amma elə bu asanlıq da onların ən zor həll edilə biləcək probleminə çevrilir zamanla. Belə ki, onlar zamanla Gürcüstanda qurulan QHT olsalar da, anlamlarını itirirlər və Gürcüstandakı Azərbaycan QHT- ləri anlamını daşımağa başlayırlar, Pulu Azərbaycandan aldıqları üçün. lokal faliyətlərlə məhdudlaşaraq, Gürcüstanda QHT- lərin ümümi proektlərindən kənarda qalırlar. Ən pisi, zamanla hesab verilmədən alınan asan pul onları eləcədə asan Azərbaycanın Ermənistanla olan Qarabağ problemindən dolayı yürütdüyü propaqandanın vasitəsinə çevirir.

Əslində, Borçalıdakı QHT-lərin Xocalı mövzulu tədbir keçirmələri normaldır. Amma bunu Azərbaycanlı kimi deyil də, Gürcüstan vətəndaşı kimi keçirsələr və ya Ermənilərə nifrət biruzə verərək deyil, əksinə insanlıq faciəsi kimi qeyd etsələr, bəlkə daha effektiv olub, Gürcüstanın daha geniş təbəqələrini əhatə edə bilərdilər.

 Əslində, bu QHT- lərin Azərbaycandan maliyələşib, o pulları qeyri-effektiv xərcləmələri məni o qədər də, maraqlandırmır. Çünki, bir vətəndaş kimi mənim vergilərimdən maliyələşmirlər. Amma bu təşkilatların Gürcüstanda bizim var olan tək Teatrımızın problemlərinin, dəyişdirilən kəndlərin adının bərpası, qanunsuz özəlləşdirilən torpaqlar problemlərinin və daha nələrin həll edilməməsi üçün heç bir protest və ya tədbir təşkil etməmələri məndə təəssüf və şübhələr yaradır. Hansısa pul almaq və ya Azərbaycanın bəzi organ və şirkətlətinin gözünə girmək üçün, üç-beş adam yığmaqla özlərinin varlığını göstərmək üçün Xocalı faciəsini fürsət bilmələri məndə bu QHT- lərin iş faaliyətiylə bağlı həmişə şübhələr yaradır.

Digər ən mühüm problem, bu QHT- lərin Azərbaycanın rəsmi propagandasına alət olaraq, həm özlərini, həm də ətraflarındakı Gürcüstan vətəndaşlarını digər Gürcüstanın vətəndaşı olan etnik grupa- Ermənilərə düşmənçilikdə ruhlandırmalarıdır. Hərdən izləyib analiz edirəm, Borçalı QHT- ləri rəsmən Gürcüstandakı Erməni icmasına aid QHT- lərlə rəqabəti özlərinin əsas məqsədi elan ediblər.

Öz icmalarının problemindən daha çox maliyələşdikləri qurum qarşısındakı öhdəlikləri olan anti-erməni propagandası onları o qədər cılızlaşdırıb. Bu, neftin qiymətinin düşməsi və onları maliyələşdirən qurumun sıxıntılar yaşadığı bir vaxtda, bir Borçalılı kimi, məni Borçalı QHT- lərinin gələcəyi çox maraqlandırır. Ümid edirəm ki, əgər mən Borçalıdakı müftə olan hər bir şeyin, bir də gülməli sonu olur məsələni bilirəmsə, Borçalılı QHT- lər gərək bu məsəli unutmayaydılar.


Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir, bu fikirlərə görə Meydan.TV məsuliyyət daşımır. Qarşı tərəflərin mövqeyini işıqlandırmağa hazırıq.

Ana səhifəMənim FikrimcəBorçalı QHT-ləri