Bölgələrdə sel və daşqın təhlükəsi var

”Çaylarda da hazırda gursululuq dövrüdür”

Source:


”Çaylarda da hazırda gursululuq dövrüdür”

“Azərbaycanda daşqın təhlükəsi var”, – bunu APA-ya açıqlamasında Milli Elmlər Akademiyasının Coğrafiya İnstitutunun direktor müavini Elbrus Əlizadə deyib.

Bildirib ki, intensiv yağışlar davam edərsə, daşqınlar qaçılmazdır. Onun sözlərinə görə, daşqınlar əsasən, Böyük Qafqazın cənub yamacındakı Kişçay, Şinçay, Gümrükçay, Dəmiraparançay, Göyçay, Girdimançay, Qudyalçay, Vəlvələçay və Lənkəranın xırda çaylarında olacaq.

E.Əlizadə qeyd edib ki, bundan sonra sellərin olma ehtimalı azdır: “Çaylarda da hazırda gursululuq dövrüdür. Yağışlar uzun müddətli olsa, daşqınlar ola bilər”.

Ana səhifəXəbərlərBölgələrdə sel və daşqın təhlükəsi var