Böhrana baxmayaraq Gilan Holding böyüyür

Şirkət Azərbaycanda bir neçə min hektar kənd təsərrüfatı təyinatlı torpaqlara sahibdir

Source:


Şirkət Azərbaycanda bir neçə min hektar kənd təsərrüfatı təyinatlı torpaqlara sahibdir

Dekabrda Gilan Holding şirkətlər qrupu firma adının istifadəsi ilə iki şirkət təsis edib. Beləliklə, iqtisadi və maliyyə böhranına baxmayaraq, holdinq böyüməkdə davam edir.

Vergilər Nazirliyinin kommersiya hüquqi şəxslərin reyestrindən açıqladığı məlumata əsasən, developer və kənd təsərrüfatı fəaliyyətinin genişlənməsi məqsədi ilə “Gilan Development” MMC və “Gilan Vegetables” MMC təsis edilib. Şirkətlərin nizamnamə kapitalı 100 manat həcmində müəyyənləşib.

Gilan Bakıda və ölkənin regionlarında, həmçinin onun kənarlarında tikintinin və daşınmaz əmlakın alqı-satqısının fəal iştirakçılarındandır. Qrupa kənd təsərrüfatı istehsalı və aqrosənaye kompleksi sahəsində onlarla müəssisə məxsusdur. Şirkət Azərbaycanda bir neçə min hektar kənd təsərrüfatı təyinatlı torpaqlara sahibdir.

Ana səhifəXəbərlərBöhrana baxmayaraq Gilan Holding böyüyür