BMT Sülh Gücü əsgərləri Haitidə yüzlərlə qızı hamilə buraxıb

Aparılan araşdırmalar bir çox hamilə qızın 18 yaşdan kiçik olduğunu və əsas ehtiyaclarını ödəmək üçün pul qarşılığında cinsi əlaqədə olduqlarını ortaya qoyub.

Foto: arxiv


“11 yaşlı qızlar cinsi təcavüzə uğramış, onlar sülhməramlı əsgərlər tərəfindən hamilə qalmışlar”

Birləşmiş Millətlər Təşkilatının (BMT) Sülh Gücü əsgərləri Haitidə çalışdığı müddətdə yüzlərlə gənc qızı və uşağı hamilə qoyub və onları tək yoxsulluq içində uşaq böyütməyə məcbur edib, – BBC Türkcə xəbər verir.

Aparılan araşdırmalar bir çox hamilə qızın 18 yaşdan kiçik olduğunu və əsas ehtiyaclarını ödəmək üçün pul qarşılığında cinsi əlaqədə olduqlarını ortaya qoyub.

“The Conversation” adlanan akademik saytda yayımlanan araşdırmada deylir: “11 yaşlı qızlar cinsi təcavüzə uğramış, onlar sülhməramlı əsgərlər tərəfindən hamilə qalmışlar, səfalət içində uşaqları tək böyütməyə məcbur olmuşlar”.

Birmingem və Ontario universitetlərinin tədqiqatçıları araşdırma zamanı Haitidə 2500 nəfərlə söhbət ediblər və BMT-nin sülhməramlı missiyasının təsirini araşdırıblar. 265 nəfər BMT əsgərlərinin gənc qızları hamilə qoymasından danışıb.

Qeyd edilir ki, hamiləlik faktı ortaya çıxdıqdan sonra məsuliyyət daşıyan əsgərlər öz ölkələrinə geri göndəriliblər və beləliklə, gənc haiti qızlar uşaqlarıyla burada tək qalıblar.

Müsahibə zamanı haitili bir kişi deyib: “Bura gəlirlər, qadınlarla yatırlar, ehtiyaclarını qarşılayırlar, sonra onları uşaqlarıyla birlikdə buraxırlar və əllərinə 5 dollar verib gedirlər”.

Digəri isə BMT əsgəri tərəfindən cinsi zorakılığa məruz qalmadan və QİÇS-ə yoluxmadan danışıb.

MINUSTAH adlandırılan BMT əsgərləri haqda cinsi təcavüz, qısnama, insan haqları pozuntuları və qətl kimi iddialar var.

“Bir çox halda xarici sülhməramlı əsgərlər və bölgə xalqları arasında güc balansının pozulması onları bölgədəki qadın və qızları bilərəkdən və ya bilməyərəkdən istismar etməyə məcbur edib,” – deyə tədqiqatçılar hazırladıqları hesabatda qeyd edib.

Hesabatda həmçinin bölgədəki struktur disbalansına işarə edilir. Qeyd edilir ki, sülhməramlıların xalqın ehtiyac duyduğu qaynaqlara sahib olmasıyla əsgərlər güclü mövqedə olub və bundan pul qarşılığında seks üçün istifadə ediblər.

Ana səhifəDünyaBMT Sülh Gücü əsgərləri Haitidə yüzlərlə qızı hamilə buraxıb