BMT Hilal Məmmədovun dərhal azad olunmasını istəyir

Qurum vicdan məhbusu ilə bağlı məlumat yayıb

Source:


Qurum vicdan məhbusu ilə bağlı məlumat yayıb

BMT vicdan məhbusu, “Tolışi sədo” qəzetinin baş redaktoru Hilal Məmmədovu dərhal azadlığa buraxılmasını tələb edir. Bu barədə qurumun İnsan Hüquqlarının beynəlxalq müşahidə təşkilatının “Bizim Yol”a daxil olan press-relizində məlumat verilir.

Sənəddə qeyd edilir ki, İnsan Hüquqlarının Müdafiəsi Beynəlxalq Federasiyası və İşgəncəyə Qarşı Mübarizə Beynəlxalq Təşkilatı , Birləşmiş Millətlər Təşkilatının Əsassız həbs olanların işi üzrə İşçi Qrupunun Hilal Məmmədovun həbsinin əsassız olduğunu və dərhal azad edilməsi tələbini alqışlayır.

“Cənab Hilal Məmmədov “Tolışi Sədo” qəzetinin baş redaktorudur. Hilal Məmmədov 2012-ci il iyunun 21-də həbs olunub və o, Azərbaycan Cinayət Məcəlləsinin 234.4.3-cü, 274-cü və 283-cü maddələri ilə, yəni, narkotik vasitələrin satışı, dövlətə xəyanət, milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması maddələri kimi saxta ittihamlara söykənən qanun pozuntuları ilə 5 il müddətinə azadlıqdan məhrum edilib. H.Məmmədov o vaxtdan həbsdədir. Müşahidə təşkilatı həbs olunandan onun vəziyyəti ilə yaxından maraqlanır. Birləşmiş Millətlər Təşkilatının Əsassız həbs edilmiş hüquq müdafiəçilərinin hüqularının müdafiəsi üzrə İşçi Qrupu noyabr 2013-cü ildə keçirdiyi 8-ci sesiyasında verilmiş, Hilal Məmmədovun həbsinin qanunsuz olmasını bildirən mənbəyə hökumət tərəfindən verilmiş izahat qənaətbəxş deyildir. Sonradan ittiham olunması və saxlanılan müddətdə ona qarşı törədilmiş, sağlamlığına dəyən ziyan, məhkəmə prosesinin səs və video yazısının lentə alınması ilə bağlı onun müraciətinin əsassız olaraq rədd edilməsi kimi pis rəftar da hökümət tərfindən cavabsız qalmışdır.

BMT- nın Hüquq Müdafiəcilərin Əsassız Həbs üzrə İşçi Qrupu belə bir nəticəyə gəlir ki, vətənə xəyanət milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınmasında günahlandırılması və tutulması H.Məmmədovun “Sivil və Siyasi Hüquq üzrə Beynəlxalq Razılaşmanın ”19-cu maddəsinə və “İnsan Hüquqlarının Beynəlxalq Deklarasiyasının” 19 bəndinə əsasən ifadə azadlığı hüququndan istifadə etməsi ilə bağlıdır. Beləliklə, Hilal Məmmədovun azadlıqdan məhrum edilməsi və həbsi beynəlxalq qanun pozuntusudur. Müşahidə təşkilatı BMT-nin Əsasız Həbs üzrə İşçi Qrupunun rəyinə uyğun olaraq Asərbaycan hakimiyyətini H. Məmmədovun dərhal azad edilməsinə çağırır”, – deyə sənəddə vurğulanır.

Ana səhifəXəbərlərBMT Hilal Məmmədovun dərhal azad olunmasını istəyir