”Bizi aldadıb işlətdilər” (VİDEO)

“Bizi aldadıb işlətdilər. “Əmək muqaviləsi bağlanacaq” – deyib, əvəzində akt bağladılar. Bağlanan akta əsasən pulumuzu alacaqdıq”.

Bu sözləri “Azərinşaat” MMC-nin işçisi Aftandil Babayev deyir.

Fevralın 2-də məvaciblərinin verilməsi tələbi ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin qarşısına yığışan “Azərinşaat”-ın işçiləri artıq 10 aydır pul ala bilmədiklərini deyirlər. Onlar eyni tələblə bir neçə gün öncə “Azərinşaat”ın önündə də aksiya keçirmişdilər.

Etirazçıların sözlərinə görə, “Azərinşaat”dan onlara bildiriblər ki, qeyri-qanuni çalışdıqlarından əməkhaqqı ödənilməyəcək.

Aksiya zamanı 6 saylı Əmək Müfəttişliyinin nümayəndəsi Asəf adlı şəxs hadisə yerinə gələrək, işçilərin maaşlarının bir neçə gün ərzində veriləcəyini söyləyib. Lakin bir həftə ötməsinə baxmayaraq, işçilərin əmək haqları ödənilməyib.

Bu səbəbdən işçilər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin binası önünı yığışaraq, şikayətlərini nazir Səlim Müslümova çatdırmaq istəyiblər.  Nazirlikdən bildiriblər ki, tezliklə nazir onları qəbul edəcək və məvacibər ödəniləcək.

——————————————————–


Bu videonu izləyən hər kəs həm də MeydanTV-nin vətəndaş jurnalistikası layihəsində iştirak edə bilər. Belə ki, qeyd etdiyiniz videoları, çəkdiyiniz fotoları, bildiyiniz məlumatları bizimlə paylaşa bilərsiniz.



Whatsapp nömrəmiz: +49 176 16263646

Ana səhifəVideo”Bizi aldadıb işlətdilər” (VİDEO)