Bizə bayağılıq öyrədən türklər

Türklər bütün dünyaya olduğu kimi Bakıya da ən mənasız yaşayış standartları, mənasız ideoloji baxış, savadsızlıqdan başqa heçnə gətirmədi.

Source:

Türkiyə türkləri, onların xarici ölkələrdə, xüsusən Azərbaycandakı davranışları son dövrlər məni ən çox narahat edən mövzulardan biridir. Adamlar əlinə 2 metrlik bir bıçaq götürüb, düşüblər bəşəriyyətin canına ki, bizi dönərimizlə qəbul edin.

Sovet imperiyası dağılandan sonra Azərbaycana ən çox əcnəbi Türkiyədən gəldi. 69 il rusların əsarətində yaşayan xalqımız türklərə böyük qardaş, xilaskar kimi baxmağa başladı. Ürəklərini, qollarını, sinələrini açıb “gəl qardaş gəl, qurban olaram sənə” deyib, bağırdılar, Yaqub Zurubçu “Aman ayrılıq” oxuyub prosesə qoşuldu. Türklər də özlərindən böyük olan eqoları ilə bu səmimiyyəti göydəndüşmə bilib, cumdular Bakıya. Nə gətirdilər özləri ilə?

Türklər bütün dünyaya olduğu kimi Bakıya da ən mənasız yaşayış standartları, mənasız ideoloji baxış, savadsızlıqdan başqa heçnə gətirmədi. Təsəvvür edin, azərbaycanlıların böyük qardaş dediyi türklərin Azərbaycana gətirdikləri ancaq bunlardır: Dönər, halal dönər, türk dönəri, lavaş dönəri, evlənmə verilişləri, mənasız türk serialları, Əmrah, İbrahim Tatlısəs, Fərdi Tayfur, bayağı pop mahnılar, təriqətçilik, nurçuluq, çağ öyrətim kimi təhsil sistemi. Ümumiyyətlə, “Çağ öyrətim” təhsili qədər bizi zibilə salan ikinci heç nə olmadı. Gəldilər, məktəblərin ən yaxşı şagirdlərini seçdilər, çoxlarına heç nə öyrədə bilməyib, biabır olmamaq üçün həmin şagirdləri özlərinin yaratdıqları universitetlərə qəbul elətdilər, adını da qoydular təhsil üçün iş. Öz ölkəsində əhalinin 30-40 faizi oxumağı – yazmağı bacarmayanlar gəldi ki, sizi təhsilləndirərik. Deyən də olmadı ki, belə maarifçisənsə, öz ölkəndə niyə bunları etmirsən?! Türkiyədə İmam Hatip açırsan, gəlmisən ki, güya bizə keyfiyyətli təhsil verəcəksən. İnanan betona dönsün. Çağ öyrətimin bütün marağı neft ölkəsinin vətəndaşından pul qazanmaq və nurçuluq ideologiyasını təbliğ etmək idi.

Hə, türklər bir də özləri ilə dəhşətli bir eqo gətirdilər. Məsələn, bu gün Bakının gecə həyatının 60 faizini türklər ələ alıb. Hansı pub-a gedirsən, bir mənasız türk çıxır səhnəyə, o mənasız türk mahnılarını başlayır ifa etməyə və digər türklər də rəqs edir. Hətta xoşları gəlməyən azərbaycanlıları pub-a belə buraxmırlar. Bu yaxınlarda isə pub-ların birində ifa olunan rock mahnıya headbang edən gəncləri pub-dan çıxarıdblar ki, burda belə oynamaq olmaz. Sankı rock mahnısına kolbastı rəqs etməli idilər. Bunlarnan olsa elə də edərlər. Pub-da İbrahim Tatlısəsin “Akdeniz akşamları” mahnısını oxuyanlardan başqa nə gözləmək olar ki?! Bakıda həftəsonu hansısa kluba gedirsən, gecə “İstanbulda son bahar” mahnısı ilə başlayır, “Akdeniz akşamları” ilə bitir. Bunun adı nədir, nə ad vermək olar buna? Hələ arada utanmaz – utanmaz “Bu da azeri kardeşlerimizə gəlsin” deyib “Ayrılıq” mahnısının qol – budağını kəsə – kəsə oxuyurlar. Yəni, gəlib zəbt ediblər, minnətlə də bir Azərbaycan mahnısı oxuyurlar.

Adamlar Bakıdakı bütün davranışları ilə demək istəyirlər ki, bizim Osmanlı kimi imperiyamız olub, böyük bir əraziyə illərlə rəhbərlik etmişik, Çaldıran döyüşündə sizi məğlub etmişik və biz böyük xalqıq, ona görə də sorğu sualsız uzanmalısız altımıza.

Soruşan lazımdır ki, o böyük Osmanlıdan qalan nə var? Üzeyir Haclbeyov, Maestro Niyazi, Qara Qarayev, Fikrət Əmirov… Bunlardan hansı birinin böyüklüyündə ola biləcək musiqiçi yetişdirmisiz? Dünyaya verdiyiniz yeganə musiqi İbrahim Tatlısəsin mərsiyələridir. Azca istedadı Fazil Say çıxırdı ortaya, onu da tutub həbs etdiniz ki, Xəyyamın rübayisini niyə sosial şəbəkədə yaymısan? Belə bir xalqdan ciddi nə gözləmək olar ki?!

Qarabağ probleminə görə güya bizə hörmət edib, ermənilərlə yüksək səviyyədə xarici əlaqələr qurmurlar. Mən anlamıram, bu erməni problemini başımıza açan elə türklər deyilmi? Adamlar gül kimi Van gölünün ətrafında yaşayırdılar. Ordan sürgün edib, ac – susuz göndərirlər Qarabağ ətrafı rayonlara, sonra da deyirlər biz sizin yanınızdayıq. Soyqırım etmək üçün mütləq silahla atəş açmaqmı lazımdır? O sürgündə, isti ərazidən keçən, ac – susuz toplumdan qırılan o qədər insanın ölümü soyqırım deyil bəs nədir? Etmisiz də bunu. Ermənilərdə türkfobiya öz – özünə yaranmayıb ki, Osmanlı türklərinin etdiyi sürgün soyqırımı, erməni ziyalıların güllələnməsindən sonra yaranıb.

Hazırkı Türkiyədə dünyaya təqdim ediləcək 5-6 insan varsa, onlardan biri də İlber Ortaylıdır. Adamlar onun o dəhşətli zəkasından istifadə etmək əvəzinə, caps atəşinə tutub, o boyda alimi maqazin verilişinə çıxardıb, capslara cavab verməyə məcbur etdilər. Doğurdan da dünyada bu qədər qeyri – ciddi xalq ola bilməz.

Azərbaycanlılar haqqında isə bildikləri 2 şey var; “Ay balam” və “Yahşi” sözləri. Biz bunların istiqlal marşını, himinni, hətta futbol klublarının himnini belə əzbər bilirik, bunlar da dilimizdə 2 söz öyrəniblər, onu da bizlərlə məzələnmək üçün.

Yazı çox uzun olmasın deyə, mövzunun birinci hissəsini burda saxlayıram. İkinci hissə isə əsasən Avropadakı türklər haqqında olacaq. Eyni kökənli millətlər ola bilərik, ancaq etdikləri bütün düşüklüklərə göz yummaq kimi bir borcumuz yoxdur.


Yazıdakı fikirlər müəllifin şəxsi fikirləridir və sadəcə müəllif məsuliyyət daşıyır.

Ana səhifəMənim FikrimcəBizə bayağılıq öyrədən türklər