Biz nə etməliyik?!

Yazmaq mənasızdır, artıq hər şey düzəlib…

Source:

Yadıma gəlir bir neçə il bundan əvvəl Azərbaycanda daha çox gənclər arasında bədii ədəbiyyat oxumayan insanlar çox qınanırdı. Zamanla bu qınaqlar insanları saxta olmağa vadar etdi. Məsələn, kim ağzını açsa, dünyaca sanbalı olan əsərləri oxuduğunu dedi. Bir neçə roman, hekayə, yazıçı oldu ki, bütün gənclərin dilindən düşmədi. Amma biz nəyin şahidi olduq? Nəticədə məlum oldu ki, çox insane bu əsərləri heç də oxumayıb, bu yazarları heç də tanımır. Sadəcə, qınaqdan, təhqirdən qaçmaq xətrinə onların adını çəkir, onlardan danışır. Çünki, sağlam mübahisə, sağlam mütaliə, sağlam tənqid olmadı. Cərayan birdən elə başladı ki, hər kəs çaş-baş qaldı. Bilmədi, nəyi necə təbliğ etsin.

Diqqətli olsaq, görərik ki,  Azərbaycanda hələ də “mən bədii ədəbiyyat oxuyuram, “mən universiteti öz savadımla oxuyub, bitirmişəm” kimi sözləri deyən insanlara qeyri-adi varlıq, böyük bir qüvvə kimi yanaşırlar. Hansı ki, bunlar insane üçün normal bir həyat tərzidir, yani hər insane belə ola bilər və ya olmalıdır.

Eyni zamanda bu proseslərə mental dəyərləri inkar etmək, adət-ənənənələri dəyərdən salmaq, beyinləri məişət mövzularından uzaq salmaq, azad söz, azad sex və s. kimi movzuların yayılması, təbliğ olunması da aiddir. Amma burada da insanlar saxta addımlar atdılar. Bir çox insane sırf tənqid olunmasın deyə, bu fikirləri dəstəklədi, amma sonunda yenə də, qarşı çıxdığı fikirlərə əyildi.

İndi mən və digər yazar dostlarımız belə mövzulardan yazanda insanlar bizə iki tərəfdən hücuma keçir. Bir tərəf iddia edir ki, artıq bu mövzularda yazmaq mənasızdır, artıq hər şey düzəlib. Digər tərəf isə ümumiyyətlə, təbliğ etmək istədiyimiz dəyərləri qəbul etmir, bizi söyür və.s.

Hər iki tərəfə deyəcəyim sözlər var, hər iki tərəf şəxsən mənim üçün önəmlidir. Bir də var, ümumiyyətlə, oxumayan tərəf, onlar da mənim üçün önəmlidir, çünki mən yazanda, hər kəs üçün yazıram və ümid edirəm ki, bu dəfə oxuyacaqlar.

Niyə hələ də belə mövzularda yazmaq vacibdir? Çox uzatmadan, başıma gələn iki hadisəni danışacam.

Yaxında bölgərin birində qonaq oldum, orada yaşayan bir neçə gənclə görüşdüm. Hansı ki, onları mənə çoxtərifləmişdilər. Bir-ikisi məktəbin yarısını Rusiyada oxuyub, bir-ikisi digər xarici ölkələrdə. Ən əsası isə onlar bizdən daha fərli qələmə verilən rus dillində təhsil alan şagirdləridi. Bu il onlar abiturientdilər, imtahanlara kifayət qədər hazır və öz yaşlarına görə kifayət qədər dünyagörüşləri var.

Onlarla görüşüm alındı, bir çay stolunda əyləşib, xeyli söhbət etdik. Amma mən gələndə onların öz aralarında şəxsi mübahisələri vardı, ona görə də, mən qarışmadan, sakitcə oturub, onları dinlədim. Hətta bir-birinə əl də atdılar.

Mübahisələrini uzun-uzadı yazmayacam, qısa desəm, bəs edər. Onlar heç də hansısa fənn haqqında danışıb, mübahisə etmirdilər, yenə məişət mövzuları, yenə “flankəsin bacısı yaxşı etməyib”, “flankəs stolda düz oturmayıb” tipli, mənasız mövzular ətrafında mübahisə düşmüşdü. Hətta mübahisləri bitdikdən sonra bir mövzu da mən açdım ki, bəs, yaxında rayonların birində insanlar bakirə olmadığına görə, bir qadını intihar etməyə vadar ediblər, siz nə deyə bilərsiz bu haqda?

Onlar sualımı özümə qaytardılar, birinci, sən de, görək nə düşünürsən? Təbii, bir insanın bakirə olmadığına görə öldürülməsinin heç də düz olmadığını anladandan sonra, onlar mənimlə mübahisəyə başladılar. Mənim fikrimi qəbul etmədilər. Həm də belə bir çürükçü söhbət geyimə qədər uzandı. Xatırladımki, həmin o insanlar kifayət qədər ciddi addım atmağa, yeni həyata qədəm qoymağa hazırlaşan və öz təhsilillərini tam da yaxşı başa vuran şagirdlər idi.

Bir müddət əvvəl rayonların birində gənclər oturub, düşünüb ki, bəs, rayonumuzda kitaba maraq azdır, heç kim kitabxanlara getmir. Qərar veriblər ki, mərkəzdə kiçik bir yer seçib oranı kitabxana edək. Ətrafda da bizi dəstəkləyəcək insanlar var və onlar öz kitablarını bizə hədiyə etməklə kömək edərlər. Biz də məktəblərə gedib, dərsdən sonra şagirdləri ora cəlb edə bilərik.

Mən də onlara bu işdə dəstək olmaq üçün bir neçə kitab hədiyyə etmişdim. Hər işləri həll olunandan sonra onlar bir neçə – hansı ki, heç məktəb dərslərini normal oxumayan şagirdləri ora cəlb edə bilmişdilər. Onları çayxanlardan uzaqlaşdırmağı bacarmışdılar.

Onların içində bu işə dəstək olan bir neçə nəfər həmin bölgədə yaşayan qızlar da olub. Bax, elə məsələ buradan başlayıb. O, kitab verib, dəstək olan insanlar həmin yerdən öz mundar hərəkətləri ilə birinci qızları, sonar digər məktəbli şagirdləri uzaqsalıblar. Və beləcə, iş bitib.

Baxın, bu cür gözəl və dəyərli işlərə insanları cəlb etməyənə qədər əziyyət çəkilir və sonda bizim dəyərli bildiyimiz, “əlikitablı” insanlar bu işi bir neçə gündə məhv edir. Bizim gəncləri çayxanalardan çıxartmaq çox çətindir, orada edilən söhbətlərdən uzaqlaşdırmaq çox çətindir.

Ona görə belə mövzularda yazmaq lazımdır, tək yazmaq yox, digər faydalı işlər də görmək lazımdır. Ola bilər, sizlər artıq öz həyatınızı qaydasına salmısınız. Bəs, niyə unudursunuz ki, bizim bu qədər gənclərimiz var və onların çoxu məhv olur?! Həmin o çayxanada olan gənclərin içində bizdən də potensiallı insanlar var.

İndi yazmayaq, neyləyək? Çəkilək, bir küncdə gözləyək ki, onlar məhv olsun? Yoxsa gedək, onların bir-bir ayağına düşək ki, ay ana, ay bacı, ay qardaş, vallah, bu cür həyat yaxşı deyil, dünya başqa tərəfdə dövr eləyir, yalvarıram, gəl, bu düşüncələrin daşını at? Təbii, belə etsək, illərlə davam etsə də, yaxşı nəticə əldə etmək mümkün deyil. Bizim dərdimiz böyükdür. Telekanallarımıza etibar yox, sistemə etibar yox. Bəs, kim bu insanları bataqlıqdan çıxaracaq? Niyə bildiyimiz, lazimi movzularda yazmayaq? Bəs siz nə istəyirsiz və ya nə edirsiniz?


Yazı müəllifin şəxsi mövqeyini əks etdirir.

Ana səhifəMənim FikrimcəBiz nə etməliyik?!