Daniel Bayer: “Birləşmiş Ştatlar Azərbaycan hökumətini ATƏT və digər beynəlxalq təşkilatlar qarşısında götürdüyü öhdəliklərə riayət etməyə çağırır”
“Oktyabırın 25-də N!DA Hərəkatının fəalı Qiyas İbrahimova qanunsuz narkotik dövriyyəsi ittihamı əsasında on il müddətınə azadlıqdan məhrum olunması Birləşmiş Ştatları narahat edir. Sözügedən həbs geniş şəkildə siyası motivlər üzərində qərarlaşan təqib kimi qəbul olunur. “Amnesty İnternational” təşkilatı deyir ki, həbsdə olduğu vaxt cənab İbrahimova ağır ittihamları etiraf etməsi üçün işgəncə verilib”.
Bu bəyanatı səfir Daniel Bayerin ATƏT-in Daimi Şurasında səsləndirib. Səfir deyib:
“Birləşmiş Ştatlar Azərbaycan hökumətini ATƏT və digər beynəlxalq təşkilatlar qarşısında götürdüyü öhdəliklərə riayət etməyə çağırır. Biz həmçinin Azərbaycan hökumətini Qiyas İbrahimovu sağlam və demokratik cəmiyyət üçün önəmli olan söz və dinc toplantı azadlıqları da daxil olmaqla əsas azadlıqlardan yararlandıqlarına görə həbs olunan bütün şəxsləri azad etməyə çağırırıq”.