Bir neçə xəstəxana rəhbəri və vəzifəli tibb işçisi işdən çıxarılıb

2021-ci ilin ilk altı ayı ərzində tibbi-sosial ekspertiza müayinəsinə göndərişlər vermək hüququ olan Tibbi Ərazi Bölmələrini İdareətmə Birliyinin tabeliyindəki dövlət tibb müəssisələrində daxili yoxlamalar aparılıb.

Source: Specify Source


Həkimlərin tibbi-sosial ekspertiza müayinəsi zamanı qanun pozuntusuna yol verdiyi deyilir

Bir neçə tibb müəssisəsinin rəhbəri işdən çıxarılıb. Bu barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi məlumat yayıb.

Məlumatda deyilir ki, 2021-ci ilin ilk altı ayı ərzində tibbi-sosial ekspertiza müayinəsinə göndərişlər vermək hüququ olan Tibbi Ərazi Bölmələrini İdareətmə Birliyinin tabeliyindəki dövlət tibb müəssisələrində daxili yoxlamalar aparılıb.

Nəticədə bir baş həkim (Sumqayıt şəhəri üzrə 3 nömrəli şəhər poliklinikası), üç direktor (Füzuli, Biləsuvar və Ağcabədi Rayon Mərkəzi Xəstəxanaları) və Həkim Məsləhət Komissiyalarının (Bakı şəhəri üzrə 19 nömrəli Şəhər Poliklinikası və 26 nömrəli Birləşmiş Şəhər Xəstəxanası) 12 üzvü vəzifələrinin icrası zamanı yol verdikləri bir sıra ciddi nöqsanlar, əlillik dərəcələrinin müəyyən edilməsi zamanı yol verdikləri qanun pozuntuları səbəbi ilə tutduqları vəzifələrdən azad olunub.

Ana səhifəSosialBir neçə xəstəxana rəhbəri və vəzifəli tibb işçisi işdən çıxarılıb