Bir neçə səfir geri çağırılıb, yeni təyinatlar var

Mənbə: prezident.az

Prezident səfirliklərlə bağlı bir neçə sərəncam imzalayıb

Cəfər Hüseynzadə Azərbaycanın NATO yanında Nümayəndəliyinin başçısı təyin edilib.
Bu barədə ölkə başçısı İlham Əliyev oktyabrın 18-də sərəncam imzalayıb.

Prezidentin digər sərəncamı ilə Ağasəlim Şükürov Azərbaycanın Livanda fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb. Onu Səməd Həsənov əvəz edəcək.
Ağasəlim Şükürov 2015-ci ilin oktyabrından Azərbaycanı Livanda təmsil edirdi.

Məmməd Əhmədzadə Azərbaycanın İtaliyada, eyni zamanda San Marino Respublikasında, Malta Respublikasında fövqəladə və səlahiyyətli səfiri və Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı, Ümumdünya Ərzaq Proqramı, Kənd Təsərrüfatının İnkişafı üzrə Beynəlxalq Fondu yanında daimi nümayəndəsi vəzifələrindən geri çağırılıb.
2016-cı ildən Azərbaycanı İtaliyada təmsil edən Məmməd Əhmədzadə 1976-cı ildə Bakıda doğulub.
O, Azərbaycanı Argentinada (2010-2015), Paraqvayda, Boliviyada, Uruqvayda və Çilidə (2011-2015) təmsil edib.

Prezidentin digər sərəncamı ilə Rəşad Aslanov Azərbaycanın İtaliyada fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

Oktay Qurbanov Azərbaycanın Mərakeş Krallığında, eyni zamanda Mavritaniya İslam Respublikasında, Seneqal, Mali, Portuqaliya, Tunis respublikalarında fövqəladə və səlahiyyətli səfiri və İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ICESCO) yanında daimi nümayəndəsi vəzifələrindən geri çağırılıb. O.Qurbanov 2019-cu ildən Azərbaycanı Mərakeşdə təmsil edirdi. Onu bugündən Nazim Səmədov əvəz edəcək.

Anar İmanov Azərbaycanın Vyetnam Sosialist Respublikasında, eyni zamanda Kamboca Krallığında və Laos Xalq Demokratik Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılaraq Xorvatiyaya səfir təyin edilib. Şövqi Mehdizadə də Azərbaycanın Vyetnamda səfiri təyin olunub.
Fəxrəddin Qurbanov isə Azərbaycanın Xorvatiyada səfiri vəzifəsindən geri çağırılıb.

Ana səhifəXəbərlərBir neçə səfir geri çağırılıb, yeni təyinatlar var