Bir neçə icra başçısının yeri dəyişdi, biri vəzifəsindən xaric olundu

Azərbaycanda qadın icra başçısı təyin edilib

Source:

Azərbaycan prezidenti İlham Əliyev bir neçə şəhər və rayonun İcra Hakimiyyəti başçılarının vəzifəsindən azad olunması və təyinatı ilə bağlı sərəncam imzalayıb.

Meydan TV prezidentin saytına istinadən xəbər verir ki, sərəncamla Eldar Əziz oğlu Əzizov Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən çıxarılıb.

Onun əvəzinə Zakir Fərəc oğlu Fərəcov Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı təyin edilib.

Nəsib Məhəmməd oğlu Məhəməliyev Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilərək heç bir şəhər və rayona icra başçısı təyin olunmayıb.

Bakının Səbail rayon İcra Hakimiyyətinin başçısı Asif Yunis oğlu Əsgərov bu vəzifədən azad olunaraq Nəsimi rayon İcra Hakimiyyətinin, Eldar Əzizov isə Səbail rayon İcra Hakimiyyətinin başçısı təyin olunub.

İlham Əliyevin digər sərəncamı ilə İradə Akif qızı Gülməmmədova Abşeron Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

Qeyd edək ki, Bakının Nizami rayon İcra Hakimiyyətinin başçısı Tahir Budaqov isə bir müddət öncə vəzifəsindən azad olunaraq Dövlət Statistika Komitəsinin sədri təyin edilmişdi.  Artıq neçə həftədir ki, Bakının Nizami rayon İcra Hakimiyyətinin başçı vəzifəsi boş qalıb.

Ana səhifəXəbərlərBir neçə icra başçısının yeri dəyişdi, biri vəzifəsindən xaric olundu