Bir həftə əvvəl hərb hissəni tərk edən əsgərin meyiti tapılıb

Hərbi Prokurorluq tərəfindən faktla əlaqədar araşdırma aparılır

Source:


Hərbi Prokurorluq tərəfindən faktla əlaqədar araşdırma aparılır

Goranboyda “N” saylı hərbi hissənin əsgəri, 1997-ci il doğumlu Əliyev Murad Əlizadə oğlu bir həftə əvvəl hərbi hissəni tərk etmişdi. Bu gün Murad Əliyevin meyiti tapılıb və Bakıda ailəsinə təhvil verilib. Məlumatı Meydan TV-yə əsgərin yaxınları verib.

Hərbi hissədən ailəsinə zəng edib deyiblər guya ki, Murad dindar olub, atasını öldürmək üçün avtomatı götürərək hərbi hissədən qaçıb və s. Ailəsi isə deyilənlərə inanmır.

Modern.az saytının məlumatına görə, hadisə ilə bağlı cinayət işi başlanıb. Hərbi Prokurorluq tərəfindən faktla əlaqədar araşdırma aparılır.

Ana səhifəXəbərlərBir həftə əvvəl hərb hissəni tərk edən əsgərin meyiti tapılıb