Bir gündə 80 neftçi işdən çıxarıldı

“Hazırda iki nəfərin görəcəyi işi bir nəfərə gördürürlər”

Source:


“Hazırda iki nəfərin görəcəyi işi bir nəfərə gördürürlər”

“Bahar Energy” əməliyyat şirkətinin 80 əməkdaşı bir gündə işdən çıxarılıb. Bu barədə

virtualaz.org

saytına Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının sədri Mirvari Qəhrəmanlı məlumat verib. Onun sözlərinə görə, ötən il bildiriş alan işçilər yanvarın 5-də ixtisara salınıb: “Artıq işdən çıxarılanların sayı 80-i ötüb. Amma yenə də ixtisarlar olacaq. Şirkət 2010-cu ildən indiyədək hər il işçilərin sayını azaldır. İldə 100-dən çox əməkdaşı ixtisara salır. Təkilatımıza daxil olan məlumatda deyilir ki, hazırda iki nəfərin görəcəyi işi bir nəfərə gördürürlər. İş yükü artsa da, əməkhaqqı artırılmır”.

M.Qəhrəmanlı “Azərneftyağ” və Neft Emalı Zavodunda da ixtisarlara başlanıldığını qeyd edib: “İşçilərin peşə bilikləri Dövlət Neft Şirkətinin İnsan Resursları Departamentində yoxlanılacaq. Yalnız yüksək bal toplayan işçilər yenidən işlə təmin olunacaqlar”.

“Bahar Energy” şirkətindən məlumatı şərh etmək istəməyiblər.

Ana səhifəXəbərlərBir gündə 80 neftçi işdən çıxarıldı