Ölkədə virusa yoluxma sayı 137 oldu
Sentyabrın 6-da Azərbaycanda 137 adam COVİD-19 infeksiyasına yoluxub, 140 nəfər müalicə olunaraq evə buraxılıb, 3 pasiyent isə ölüb.
Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatında qeyd olunub.
Bildirilib ki, Azərbaycanda indiyə qədər 37 329 nəfər yeni koronavirus infeksiyasına yoluxub. Onlardan 34 705 nəfər müalicə olunaraq sağalıb, 548 pasiyent vəfat edib. Hazırda aktiv xəstə sayı 2076 nəfərdir.
Eyni zamanda, ötən müddətdə 963 104 testin aparıldığı qeyd olunub:
“Bugünkü test sayı isə 6612-dur”.