138 nəfər sağalıb, 2 xəstə ölüb
Sentyabrın 15-də Azərbaycanda 114 nəfər COVİD-19 infeksiyasına yoluxub, 138 nəfər müalicə olunaraq sağalıb, 2 xəstə ölüb.
Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahın yaydığı məlumatda qeyd olunub.
Bildirilib ki, Azərbaycanda indiyə qədər 38 min 517 nəfər yeni koronavirus infeksiyasına yoluxub.
Onlardan 35 min 998 nəfər müalicə olunaraq sağalıb, 566 pasient ölüb.
Hazırda aktiv xəstə sayı 1953 nəfərdir.
O cümlədən, ötən müddətdə 1 milyon 20 min 29 testin aparıldığı vurğulanıb: “Bugünkü test sayı isə 6921-dir”.