”Bir çəni apara bilmirlər, tikinti aparırlar”


Dekabrın 29-da, gecı saatıarında Nərimanov rayonu Faiq Yusifov küçəsi 43 ünvanında partlayış olub.

Partlayışa səbəb məhəllədə olan, istifadəyə yararsız mazot çəninin alışması olub. Daha sonra çən partlayıb və məhəllədə olan tikililəri yararsız hala gətirib. Hadisə nəticəsində nisbətən yüngül xəsarət alınanların olduğu deyilir.

Adıçəkilən ünvanda yaşayan hadisə şahidlərindən birinin sözlərinə görə ərazudə tikiti aparılacaq :

” Burda dostumla metronun başında idim. Səs eşitdim. Əvvəlcə ciddi bir şey olacağını zənn etmədim. Bacımgil zəng elədilər ki, narahat olduq, qorxduq, məhəllədə parrtlayış olub. Mən gəldim ki, burda yanğın olub, Fövqaladə Hallar Nazirliyinin əməkdaşları gəlib, qonşular tökülüb küçəyə. Sonra məlum oldu ki, burda çən partlayıb. Burda fəaliyyət göstərən şirkət bir dənə çəni götürüb apara bilmir, bəs necə burda tikinti aparacaqdı?”

Ana səhifəVideo”Bir çəni apara bilmirlər, tikinti aparırlar”