Bir başmaq gəzintisi (VİDEO)

O, insanları ayaqqabılarından tanıyır. Kimin hara getdiyini geyindiyi çəkmədən bilir. Amma bu tapmacanı tapmaq  hər gün çətinləşir. O deyir ki,  insanlar artıq getdiyi yerə uyğun geyinmirlər.

Çəkməçinin kitabları ilə çəkmələri eyni rəfdədir. Əli Əhmədovun atası Sovet dövründə repressiya məruz qaldığından o, 6-cı sinifə qədər oxuyub. Amma  otaqdakı kitabların çoxunu əzbər bildiyini deyir. Çəkməçinin dükanında nadir kitablar da var. Elə Hacı Zeynaləbdin Tağıyevin 111 il əvvəl nəşr olunan bioqrafiyası kimi…

Çəkməçinin ikinci otağında Ədəbiyyat və İncəsənət qəzetinin 1965-ci ildən 1993-cü ilə qədər olan nəşrləri toplanıb. Əli Əhmədov deyir ki, kiməsə maraqlı olsa, yığdığı nəşrləri bağışlaya bilər. Amma bu nəşrlərlə hələ heç kim maraqlanmayıb.

Çəkməçi hər kəsin ayağına uyğun qabın olduğunu deyir. O vurğulayır ki, ayaq rahat olsa, dünya heç kimə dar gəlməz.

Ana səhifəVideoBir başmaq gəzintisi (VİDEO)