Binəqədidə ”Range Rover”lə qəza törədib, qaçan polis həbs olunub

Qəzada iki nəfər ölüb

Source:
Şərti foto
Şərti foto


Qəzada iki nəfər ölüb

Binəqədi qəsəbəsi ərazisində iyunun 12-də ölümlə nəticələnən qəzanı törədib, hadisə yerindən qaçan şəxs tutulub.

“APA” agentliyi məlumat verir ki, naməlum sürücünün idarə etdiyi “Range Rover” markalı avtomobillə Rahib Əliyevin idarə etdiyi “Ford” markalı avtomobil toqquşub. Qəza nəticəsində “Ford”un sürücüsü və sərnişini hadisə yerində ölüb.

Şahidlər bildirib ki, hadisədən sonra “Rang Rover”in başından xəsarət alan sürücüsü avtomobilin dövlət qeydiyyat nişanlarını açaraq hadisə yerindən qaçıb.

DİN-in Mətbuat Xidmətinin rəisi Ehsan Zahidov bildirib ki, həmin sürücünün şəxsiyyəti müəyyən edilib və o artıq həbs olunub:

“Məlum oldu ki, qəza baş verən zaman “Range Rover”in sükanı arxasında Abşeron Rayon Polis İdarəsinin əməkdaşı, polis serjantı Xəyal Məmmədov olub. O, dərhal saxlanılıb və məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilərək istintaqa təhvil verilib. Hadisə ilə bağlı Binəqədi RPİ-də qaldırılmış cinayət işi bundan sonra davam etdirilməsi üçün rayon prokurorluğuna göndərilib”.

Ana səhifəXəbərlərBinəqədidə ”Range Rover”lə qəza törədib, qaçan polis həbs olunub