Faktla bağlı Binəqədi rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır
APA-nın məlumatına görə, “Azadlıq” metro stansiyasının yaxınlığındakı “Muğanbank”ın ofisi qarşısında Malik Hüseynov adlı şəxs özünü yandırıb.
O, 5 saylı şəhər klinik xəstəxanasına yerləşdirilib. Xəstəxanadan Meydan TV-yə Malik Hüseynovun vəziyyətinin ağır olduğu bildirilir.
“Malik Hüseynov hal-hazırda reanimasiyadadır. Xəstənin bədənində 2-ci, 3-cü, 4-cü dərəcəli yanıqlar var. Onun bədəninin yuxarı tənəffüs yolları yanıb. Həkimlər əlindən gələni edir”.
Faktla bağlı Binəqədi rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.