Daxili İşlər Nazirliyinin Nəqliyyatda Baş Polis İdarəsinin Dəmir Yolu Nəqliyyatında Polis İdarəsində Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti qaydalarını pozma – ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib.
Hazırda hadisənin başvermə səbəblərinin müəyyənləşdirilməsi istiqamətində istintaq hərəkətləri davam etdirilir.
***
Bakı şəhəri, Xəzər rayonunun Binə qəsəbəsində sərnişin avtobusu ilə qatarın toqquşması nəticəsində xəsarət alanların sayı 34-ə çatıb.
Səhiyyə Nazirliyinin Mətbuat xidmətinin mütəxəssisi Səfayə Əhmədova bildirib ki, yaralılardan 2-si Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna, 3-ü 1 saylı Kliniki Tibbi Mərkəzə, digərləri isə 3 saylı Şəhər Klinik Xəstəxanasına (Sabunçu) yerləşdirilib.
O qeyd edib ki, yaralıların əksəriyyətinin vəziyyəti ağırdır.
***
Binə qəsəbəsində sərnişin avtobusu ilə qatarın toqquşması nəticəsində xəsarət alanların sayı 26 nəfərə çatıb.
Səhiyyə Nazirliyinin Mətbuat xidmətinin mütəxəssisi Səfayə Əhmədova bildirib ki, yaralılardan 22 nəfəri hazırda 3 saylı Şəhər Klinik Xəstəxanasına (Sabunçu) yerləşdirilib.
O qeyd edib ki, hadisə zamanı yaralanan 13 yaşlı məktəbli xəstəxanaya çatdırılarkən həyatını itirib.
***
20 nəfər xəsarət alıb, 1 nəfər ölüb
Bakı şəhəri, Xəzər rayonunun Binə qəsəbəsində qatar 160 saylı 10-TG-106 dövlət qeydiyyat nişanlı sərnişin avtobusu ilə toqquşub.
“Report” agentliyi xəbər verir ki, toqquşma nəticəsində ümumilikdə 20 nəfər xəsarət alıb. Onlardan 7-si qadın, 10-u kişi, 3-ü
uşaqdır.
Yaralılardan 11 nəfər 3 saylı Şəhər Klinik Xəstəxanasına (Sabunçu) aparılıb.