Satıcılar yer haqqının azaldılmasını istəyirlər
Yanvarın 18-də “Binə” ticarət mərkəzində satıcılar dinc aksiyaya başlayıblar. Bu barədə Meydan TV-yə satıcılar məlumat veriblər. Onların sözlərinə görə, yer haqlarının yüksək olmasına etiraz olaraq bütün mağazalar qapadılıb və alver edilmir.
Satıcılar ticarət mərkəzi rəhbərliyinin məsələyə münasibətini gözləyirlər.