Bakıda avtomobildən oğurluq olub.
Lökbatan qəsəbəsində yerləşən “Binə” Ticarət Mərkəzinin yaxınlığında oğurluq hadisəsi baş verib. “Report”un məlumatına görə, Bakı şəhər sakini 1980-ci il təvəllüdlü Təranə Əsgər qızı Aslanovaya məxsus “BMW” markalı avtomobildən şüşəni sındırmaqla, içərisində 40 min manat dəyərində qızıl-zinyət əşyaları, 100 manat pul və sənədlər olan əl çantası oğurlanıb.
Faktla bağlı araşdırma aparılır.