”Bilmirsən güləsən, yoxsa ağlayasan…”

”Dövlətin sosial ədaləti pozması ittihamını qəbul etmirəm”

Source:
Samir Əliyev foto sosial şəbəkə


”Dövlətin sosial ədaləti pozması ittihamını qəbul etmirəm”

“Həm manatla, həm də xarici valyuta ilə böyük məbləğdə sığortalanmış əmanətlər üzrə verilən kompensasiyalar bütünlükdə manatla ödənə bilər”, – APA yazır ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında “Kredit Büroları haqqında” qanunun müzakirəsi zamanı Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının sədri Rüfət Aslanlı deyib.

“Bank Standard”ın qorunan əmanətləri kompensasiya edilir. Qorunan əmanətlər qanuna müvafiq olaraq 100 faiz həcmində qaytarılır. Qorunmayan əmanətlərə gəlincə, həmin insanlar şüurlu surətdə buna qol çəkiblər. Məsələn, bankda “Uşaq əmanəti”nə görə ildə 20 faiz xarici valyutada faiz ödənilib. Siz də digər tərəfdən deyirsiniz ki, biznesmenlər yuxarı faizlə kredit ala bilmir. Bəli, iqtisadiyyat xarici valyutada 20 faizi generasiya etmək iqtidarında deyil, o qədər dəyər yaratmaq mümkün deyil. Bəri başdan bəllidir ki, bu 20 faizlik depozit itəcək. Bu məbləğdə xarici valyutada faiz alan insanlar bilərəkdən o itkilərə qol çəkiblər”.

“Dövlətin sosial ədaləti pozması ittihamını qəbul etmirəm”

Rüfət Aslanlı deyir ki, 100 min dollar əmanətə malik şəxs maliyyə cəhətdən savadsız ola bilməz. Çünki 100 min dolları qazanmağın özü də bir bacarıqdır:

“Ona görə də mən burada dövlət tərəfindən sosial ədalətin pozulması ittihamını qəbul etmirəm. Çünki, orada olan əmanətçilərin hamısını az qala şəxsən tanıyıram. Bu gün “Standard Bank”da 262 min bank hesabı, 158 min əmanətçi var. Təxminən 15 minə qədər əmanətçi məhz sizin dediyiniz əmanətçilərdir ki, bunların kompensasiyaları manatda ödənilir. Nəyə görə? Çünki, qanunvericilikdə öz əksini tapıb ki, əgər insanın əmanəti həm xarici valyutada, həm də manatdadırsa, bu əmanətlər birləşdirilir və ona kompensasiya manatda verilir. Bu gün hökumətdə də bir daha müzakirə etdik. Cənab prezidentlə də müəyyən məsləhətləşmələr aparılıb. Mən hələ bunu vəd edə bilmərəm, amma çox güman ki, biz bir həll tapacağıq və bu insanlara kompensasiyaları manatla ödənildiyi kimi, valyutaya konvertasiya edək. Bunun yollarını araşdırırıq, bu bizim diqqətimizdədir”.

“Bilmirsən güləsən, yoxsa ağlayasan…”

İqtisadçı Samir Əliyev “Facebook” səhifəsində bu addımın açıqlamasını verib. Deyib ki, fərz edək ki, mənim bankda iki əmanət hesabım var. Biri manat hesabıdır və əmanəti bankdan götürəndə texniki səbəbdən hesabda 50 qəpik qalıb. Yəni, hesab bağlanmayıb. Bank da bilərəkdən və ya bilməyərəkdən bağlamağı təklif etməyib:

“Digəri dollar hesabıdır və hesabda 100 min dollar var. Rüfət Aslanlının və bankların yanaşmasına inansaq 50 qəpik və 100 min dolları birləşdirilib əmanətləri mənə manatla qaytaracaqlar. Çünki ikivalyutalı əmanət sahibiyəm. Bilmirsən güləsən, yoxsa ağlayasan…”

Ana səhifəXəbərlər”Bilmirsən güləsən, yoxsa ağlayasan…”