Təşkilat məhbusların əfvə salınmasını istəyir
Bakı İnsan Hüquqları Klubu (BİHK) gözlənilən əfv aktı ilə əlaqədar Azərbaycan Prezidenti İlham Əliyevə və Əfv Məsələləri Komissiyasının sədri Samir Nuriyevə müraciət edib.
BİHK-nin sədri Rəsul Cəfərov 28 May Müstəqillik Günündə əfv sərəncamının gözlənildiyini deyib.
Rəsul Cəfərov təşkilatın siyahısında 38 nəfərin adının olduğunu vurğulayaraq bildirib ki, bu, 2016-2018-ci illərdə həbs olunmuş və işgəncələrə və əsassız həbsə məruz qalmış “Tərtər işi”nin fiqurantlarıdır:
“Bundan başqa, siyahıda “Gəncə işi” (1918-ci il) və “Tovuz işi” (2022-ci il) üzrə həbs olunmuş dindarlar, habelə müxalifət nümayəndələri və ömürlük həbs cəzası çəkən dörd nəfərdir (üçü “XTPD işi” (1995) üzrə həbs olunanlar)”.
Son aylarda həbs olunmuş “AbzasMedia”, “Toplum TV” və “Kanal-13″ün jurnalistlərinə gəlincə, Cəfərov onların hələlik istintaq altında olduqlarına işarə edib:
“Əfv isə artıq mühakimə olunmuş şəxslərə aid olduğuna görə siyahıda onların adları yoxdur”.
Aprelin 3-də Prezident yanında Əfv Məsələləri Komissiyasının iclası keçirilib.
İclasda komissiyaya daxil olan 100-dən artıq müraciətə baxıldığı deyilir.