Bəzi rayonlarda yağış gözlənilir

Sentyabrın 10-u Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı bildirilir

Source:
Yağmurlu hava (arxiv foto)
Yağmurlu hava (arxiv foto)
Yağmurlu hava (arxiv foto)
Yağmurlu hava (arxiv foto)


Sentyabrın 10-u Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı bildirilir

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin xəbərinə görə, səhər və gündüz yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacaq. Yarımadada gecə 19-22, gündüz 25-29, Bakıda gecə 20-22, gündüz 25-29 dərəcə isti olacaq.

Ölkənin rayonlarında da ciddi yağıntı gözlənilmir. Lakin axşam və gecə bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, yağış yağacağı ehtimal olunur. Gecə 16-21, gündüz 25-30, dağlarda gecə 9-14, gündüz 16-21 dərəcə isti olacağı təxmin edilir.

Ana səhifəXəbərlərBəzi rayonlarda yağış gözlənilir