Bəzi Qərb ölkələri Azərbaycanla Ermənistanı təhlükəli ərazi kimi görür

Məsələni araşdırdıqlarını söyləyiblər: “Qeyd olunan məsələ nəzarətimizdədir və müvafiq araşdırmalar aparılır”.

Foto: Meydan TV


ABŞ və Polşa öz vətəndaşlarına müraciət edib

Bəzi Avropa Birliyi ölkələri və Amerika Birləşmiş Ştatları Azərbaycan və Ermənistanı təhlükəli ərazi kimi görür.

Öz vətəndaşlarına Azərbaycanın və Ermənistanın sərhəd bölgələrinə getməməyi məsləhət bilirlər.

“COVID-19 səbəbiylə Ermənistana səyahət etməyin. Bəzi bölgələrdə risk artır”.

ABŞ Dövlət Departamentinin

məlumat

ında belə deyilir.

Dövlət Departamenti bildirir ki, Ermənistanda COVID-19-a yoluxma səviyyəsi yüksəkdir. Eyni zamanda, bildirir ki, son hərbi əməliyyatlar səbəbindən Dağlıq Qarabağ bölgəsi və ətraf ərazilər də səyahət üçün təhlükəlidir:

“2020-ci ilin payızında Dağlıq Qarabağda müharibə oldu. Ancaq döyüşlərdən sonra da itkilər verilir. Giriş məhdud olduğu üçün biz Dağlıq Qarabağdakı və ətrafındakı ABŞ vətəndaşlarına təcili xidmət göstərə bilmirik. Yüksək riskli bölgələrə səyahətdən öncə bunlar barədə bilin”.

Xəbərdarlıqda daha çox Ermənistanın Azərbaycanla sərhədinə yaxın yolların təhlükəli olduğu bildirilir:

“Bəzi hissələrdə bilmədən beynəlxalq sərhədləri keçə bilərsiniz, buna diqqət edin. Yollar nəzarət məntəqələri tərəfindən idarə oluna bilər və ya xəbərdarlıq edilmədən səyahətçilər üçün bağlana bilər”.

Azərbaycan Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Departamentin çağırışına münasibət

bildirib

.

Məsələni araşdırdıqlarını söyləyiblər: “Qeyd olunan məsələ nəzarətimizdədir və müvafiq araşdırmalar aparılır”.

Bundan əlavə, Yerevandakı Polşa Səfirliyi də Ermənistan ərazisində yaşayan vətəndaşlarına xəbərdarlıq edib. Bildirib ki, Ermənistanın Sunik və Gegharkunik sərhəd bölgələrində Azərbaycanla arasındakı vəziyyət gərgindir:

“Bu səbəbdən Ermənistanın Tavuş, Geğarkunik , Vayots Dzor və Sunik bölgələrinə səyahət etməməyiniz tövsiyə edilir. Xüsusilə diqqətli olun və yerli hakimiyyət orqanlarının tövsiyələrini yerinə yetirin” – deyə, səfirliyin “Facebook” səhifəsindəki paylaşımda bildirilir.

Ermənistan Azərbaycan arasında sentyabrın 27-də başlayan İkinci Qarabağ Müharibəsindən 2 gün öncə Amerikanın Azərbaycandakı Səfirliyi oxşar

xəbərdarlıq

la çıxış etmişdi:

“ABŞ vətəndaşlarını gərginliyin artması və Azərbaycan-Ermənistan sərhədinin bəzi hissələrində baş verən son hadisələrlə əlaqədar Abşeron yarımadası xaricində vacib olmayan səyahətlərdən qaçmağa çağırır” – deyə, səfirliyin məlumatında bildirilirdi.

Ana səhifəSiyasətBəzi Qərb ölkələri Azərbaycanla Ermənistanı təhlükəli ərazi kimi görür