“Bəzi kəndlərdə bankomat yoxdur, əhali rayon mərkəzinə getməyə məcbur olur”

Spiker Sahibə Qafarova bu barədə dəqiq məlumatların katibliyə verilməsini istəyib.

Source: Specify Source


Deputat İltizam Yusifov: “Bakıdan başqa ərazilərdə sərnişin daşınması ilə bağlı vəziyyət çox ağırdır”

“Bakıdan başqa ərazilərdə, şəhər və rayonlarda sərnişin daşınması ilə bağlı vəziyyət çox ağırdır”.

Deputat İltizam Yusifov parlamentdə büdcə zərfinin müzakirələri zamanı bu problemi qaldırıb.

“Bakı Nəqliyyat Agentliyinin məlumatları istisna olmaqla, ölkə üzrə avtobusa olan tələbat barədə heç bir sənəd yoxdur. Qanunlar 150 min əhalisi olan şəhər və rayonlarda iritutumlu avtobuslar əvəzinə, kiçiktutumlu sərnişindaşımaya icazə verir. Pandemiyanın olduğu dövrdə rayon və şəhərlərdə sərnişindaşıma bərbad vəziyyətdədir. Sərnişindaşımada istifadə edilən avtobuslara görə sosial məsafə tələbinə riayət edilməsi mümkünsüz hala çevrilib”.

Deputat bildirib ki, bununla bağlı ciddi işlər görülməli, özəl şirkətlərə bu sahədə fəaliyyət göstərməyə icazə verilməlidir:

“Sovet dövründə yük daşımaq üçün istifadə edilən yük maşınları sonradan kustar üsulla sərnişindaşıma vasitəsinə çevrilib. Bir çox rayonda bu vasitələrdən hələ də istifadə edilir. Yükdaşıma sahəsində vəziyyət daha acınacaqlıdır. Yollarımız ona görə sıradan çıxır".

188507.jpg
İltizam Yusifov


“Müharibə haqqında əsərlərə nəzarət edilməlidir”

Deputat Siyavuş Novruzov 44 günlük müharibə səpkisində yazılan kitabların, çəkilən filmlərin və bu sahəyə aid olan əsərlərin vergidən azad edilməsini təklif edib.

O, həmçinin bildirib ki, bu barədə yazılan kitablar yoxlanılmalıdır: “Təbii ki, hər kəsin yazmaq hüququ var. Amma bu müharibə ilə bağlı yazılanlar çox ciddi şəkildə araşdırılmalıdır. Xatırlayıram, vaxtında Xocalı ilə bağlı bizə düzgün məlumatların verilməməsi ermənilərə şərait yaratdı və onlar bu boşluqdan istifadə etdilər”.

Deputat bildirib ki, yoxlanılma prosesini Milli Məclisdə yaradılan bir komissiya həyata keçirilə bilər: “Bunlar çox vacib məsələlərdir. Xaricə tərcümə edilən bu əsərlər sonradan bizim əleyhimizə yönəlməməlidir”.

Siyavuş Novruzov
Siyavuş Novruzov


“Qarabağda turizm obyektləri vergidən azad edilməlidir”

Deputat Aqil Abbas təklif edib ki, işğaldan azad edilmiş ərazilərdə tikilən turizm obyektləri, digər infrastruktur layihələri azı 5 il müddətinə vergidən azad edilməli, ya da vergi güzəşti tətbiq edilməlidir.

“Bu zaman orada daha tez bərpa işləri gedəcək, infrastruktur qurulacaq. Turqut Özal vaxtilə hakimiyyətdə olarkən Türkiyənin turizm qapılarını bu yolla dünyaya açdı. O vaxt Türkiyədə dəniz qırağında tikilən turizm obyektlərindən vergi tutulmaması barədə qərar verilib”.

_28701.width-1024.jpg
Aqil Abbas


“Bəzi ərazilər bankomat yoxdur, bankomatların çoxunda isə pul olmur”

Deputat Sabir Rüstəmxanlı isə bildirib ki, kəndlərdə əhalinin əsas narahatlığı bir çox ərazidə bankomatların olmaması və bəzi kəndlərdəki bankomatlara pul qoyulmamasıdır:

maxresdefault.jpg
Sabir Rüstəmxanlı

“Bu səbəbdən əhali pensiyanı bankomatlardan götürə bilmir. Bu bankomatlar qoyulubsa, onlara pul qoyulsun. Digər tərəfdən, 20-30 min nəfər sakini olan ərazilərdə heç bankomatlar da yoxdur. Bunun üçün onlar rayon mərkəzinə getməyə məcbur olurlar. Bu işlər camaatı narazı salır".

Spiker Sahibə Qafarova bu barədə dəqiq məlumatların katibliyə verilməsini istəyib.

Ana səhifəSosial“Bəzi kəndlərdə bankomat yoxdur, əhali rayon mərkəzinə getməyə məcbur olur”