Bəzi internet bankinq xidmətlərinin məhdudlaşdırılacağı deyilir

”Bu addım vergidən yayınmanın qarşısını almağa hesablanıb”

Source:
foto sosial şəbəkə


”Bu addım vergidən yayınmanın qarşısını almağa hesablanıb”

Mərkəzi Bank (AMB) ölkədə fəaliyyət göstərən banklara məktub göndərib. Məlumatı APA yayıb.

Bildirilir ki, AMB banklara internet bankinq vasitəsilə hüquqi şəxslərin fiziki şəxslərə köçürmə əməliyyatlarını məhdudlaşdırmağı tapşırıb:

“Nağdılaşdırma zamanı hüquqi şəxslərdən 1 faizlik vergi tutulur. Hüquqi şəxslər fiziki şəxslərin hesabına köçürmə edərək vergidən yayına bilir. Mərkəzi Bankın bu addımı vergidən yayınmanın qarşısını almağa hesablanıb”.

Milli Məclis 2016-cı ilin dekabrın 16-da “Nağdsız hesablaşmalar haqqında” qəbul etdiyi qanuna görə banklardan nağd pul vəsaitlərinin çıxarılmasının məhdudlaşdırılması məqsədilə Vergi Məcəlləsinin layihəsinə hüquqi şəxslər və fərdi sahibkarlar tərəfindən pul vəsaitlərinin nağd qaydada bank hesablarından çıxarılmasına görə banklar və poçt rabitəsinin milli operatorları  tərəfindən 1 faiz dərəcəsi ilə sadələşdirilmiş vergi tutulur.

Ana səhifəXəbərlərBəzi internet bankinq xidmətlərinin məhdudlaşdırılacağı deyilir