Bəzi bölgələrə qar yağacaq

Source:

Dekabrın 30-u Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, Abşeron yarımadasında gecə 3-5, gündüz 7-10, Bakıda gecə 3-5, gündüz 7-9 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında da yağıntı gözlənilmir. Lakin axşam bəzi şimal rayonlarında yağıntılı olacağı, qar yağacağı ehtimalı var. Gecə 2 dərəcə şaxtadan 3 dərəcəyə kimi isti, gündüz 6-11 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 2-7 dərəcə isti təxmin edilir.

Ana səhifəXəbərlərBəzi bölgələrə qar yağacaq