Bəzi banklar hələ də dollar satmır

Azərbaycan Dövlət Neft Fondu və Mərkəzi Bankı sentyabrın 8-də valyuta hərracında 300 mln. dollar satsa da, kommersiya banklarından dollar almaq asanlaşmayıb

Source:

Azərbaycan Dövlət Neft Fondu və Mərkəzi Bankı sentyabrın 8-də valyuta hərracında 300 mln. dollar satsa da, kommersiya banklarından dollar almaq asanlaşmayıb

Xarici valyuta defisiti davam edir.

Turan yazır ki, bəzi banklar dollar satışını bərpa etməyiblər. “Respublika”, “Standart”, “Rabitə”, “Pashabank”, “Dəmirbank” və “Beynəlxalq Bank”dan xarici valyuta satmadıqlarını bildiriblər. “Unibank” isə 1 nəfərə 100 dollar satdığını bildirib. “Atabank”dan isə limitin hər bir filialda olan nağd pul həcmindən asılı olduğunu deyiblər. Yalnız “Kapitalbank”dan dollar satışında heç bir məhdudiyyət olmadığını deyiblər.

Sentyabrın 8-də bazara böyük məbləğdə dollar çıxarılması kommersiya banklarının vətəndaşlardan valyuta alışı məzənnəsinin azalmasına səbəb olub. Banklar əhalidən bir dolların alış qiymətini 1.68-1.70 manatdan 1.64 manata endirib.

Mərkəzi Bank sentyabrın 9-na valyutanın rəsmi məzənnəsini 1USD/1,6403 AZN səviyyəsində müəyyən edib.

Ana səhifəXəbərlərBəzi banklar hələ də dollar satmır