Beynəlxalq təşkilatlar Sevinc Osmanqızına təzyiqləri pisləyir

Təşkilat hesab edir ki, Sevinc Osmanqızının qanunsuz təqibinə dərhal son qoyulmalı, təqsirkarlar isə cinayət məsuliyyətinə cəlb edilməlidir.

Source:


Jurnalist intim kadrlarının yayımlanması ilə hədələnir

“Amnesty İnternational” beynəlxalq hüquq müdafiə təşkilatı Azərbaycanın hakimiyyətyönlü KİV-lərində jurnalist Sevinc Osmanqızına qarşı başlamış böhtan kampaniyasını pisləyib.

Bu barədə təşkilat “Facebook” səhifəsində aprelin 30-da bəyanatını yerləşdirib.

“Amnesty İnternational” bildirib ki, jurnalist Sevinc Osmanqızının qanunsuz dinlənilən telefon danışıqlarının hökumətin nəzarəti altında olan "Real TV"də yayımlanmasından sonra, o, indi də intim kadrlarının yayılmasıyla hədələnir.

Təşkilat hesab edir ki, Sevinc Osmanqızının qanunsuz təqibinə dərhal son qoyulmalı, təqsirkarlar isə cinayət məsuliyyətinə cəlb edilməlidir.

Turan İA-nin məlumatına görə, Azərbaycanda müstəqil jurnalistə ləkə yaxmaq məqsədilə həyata keçirilən "mənfur kampaniyanı" beynəlxalq "Sərhədsiz Reportyorlar" təşkilatı da pisləyib.

Sevinc Osmanqızı özü videomüraciətində bildirib ki, heç bir şantaja və təhdidlərə boyun əyməyəcək və işini davam etdirəcək.

3 həftə əvvəl “Real TV” telekanalı Sevinc Osmanqızının Almaniyada mühacir həyatı yaşayan digər jurnalist Çingiz Sultansoyla telefon danışığının səs yazısını efirə verib. Jurnalistlərin yaradıcılıq işini müraciət etdikləri söhbəti telekanal "Qərbli donorların" pulu ilə "dövlət əleyhinə fəaliyyət" planlarının müzakirəsi kimi təqdim edib.

Jurnalist ABŞ-da yaşayır və son illər İnternetdə təsis etdiyi "Osmanqızı" telekanalının aparıcısıdır.

Ana səhifəXəbərlərBeynəlxalq təşkilatlar Sevinc Osmanqızına təzyiqləri pisləyir