Beynəlxalq Bankın filialları ilə bağlı cinayət işi açılıb

“ABB özü Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə müraciət edib”

Source:


“ABB özü Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə müraciət edib”

“Azərbaycan Beynəlxalq Bankı” (ABB) ASC-nin Qazax, Şəki, Şəmkir, Ağdaş, Yevlax və Qaradağ filiallarının fəaliyyəti ilə bağlı cinayət işi açılıb.

Bankın mətbuat xidmətindən “Qafqazinfo”ya bildirilib ki, ABB özü bu filiallarla bağlı araşdırmaların aparılması üçün Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə müraciət edib. Belə ki, Bankın müvafiq nəzarət orqanlarının ötən ilin mart-oktyabr aylarında olan audit və digər xarakterli yoxlamaları zamanı bu filialların fəaliyyətində müəyyən qüsurlar aşkarlanıb. Bu qüsurlar müvafiq normaların, daxili prosedur qaydaların tələblərinin pozulması nəticəsində Banka ziyan dəyməsi ilə bağlı olub.

Həmin pozuntulara yol vermiş əməkdaşlar dərhal işdən kənarlaşdırılıb, eyni zamanda bu hallara hüquqi qiymət verilməsindən ötrü müvafiq sənədlər Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə təqdim edilib.

Ana səhifəXəbərlərBeynəlxalq Bankın filialları ilə bağlı cinayət işi açılıb