Beynəlxalq Bankın əməkdaşları məhkəmə qarşısında

Vətəndaşları aldadaraq pullarını mənimsəməkdə təqsirləndirilən bank işçisinə iş istənildi

Source:


Vətəndaşları aldadaraq pullarını mənimsəməkdə təqsirləndirilən bank işçisinə iş istənildi

Sentyabrın 27-də Bakı Ağır Cinayətlər Məhkəməsində “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin mənimsəmədə təqsirləndirilən əməkdaşlarının məhkəməsi başlayıb.

Ayrı-ayrılıqda keçirilən prosesin birinə hakim Samir Əliyev sədrlik edir. Prosesdə təqsirləndirilən Eynal Səfərov Nərimanov filialının xəzinədarı vəzifəsində işləyib.

İclasda işin məhkəmə baxşına verilməsi barədə qərar qəbul edilib. Məhkəmə baxışı oktyabrın 4-nə təyin edilib.

İttihama görə, Eynal Ramiz oğlu Səfərov öz qulluq mövqeyindən istifadə edərək, ona etibar edilmiş külli miqdarda özgə əmlakını vahid qəsdlə mənimsəməklə talayıb. Belə ki, o, 01 avqust 2013-cü il tarixdən 15 may 2017-ci il tarixədək “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin Nərimanov filialının ASAN 1 şöbəsinin aparıcı mütəxəssisi (xəzinədar-əməliyyatçı) vəzifəsində işləyib. Vəzifə təlimatına əsasən, fiziki şəxslərin müxtəlif təyinatlı ödəmələri üzrə, eləcə də nağd vəsaitlərin qəbul edilməsi üzrə əməliyyatlar aparmaq səlahiyyəti olub. O, dövlət rüsumları və xidmət haqlarının qəbul edilməsini tərtib edən kassa mədaxil qəbzləri hazırlayaraq, onları öz imzası və bankın ştampı ilə təsdiq edib, iki nüsxəsini fiziki şəxslərə verərək qəbul etdiyi pul vəsaitini müxtəlif üsullarla mənimsəyib.

O, müştəri tərəfindən Dövlət Miqrasiya Xidmətinə və bank əməliyyatları üçün ödənilən pulun bir halda tam hissəsini, digər halda isə müəyyən hissəsini özünə götürüb.

Bununla E. Səfərov dövlətə ümumilikdə 20 min manata yaxın ziyan vurduğu və pulu şəxsi ehtiyaclarına xərclədiyi bildirilir.

E.Səfərov barəsində Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə; külli miqdarda törədildikdə) maddəsi ilə cinayət işi açılıb.

Hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə isə bankın “Qaradağ” filialının kredit şöbəsinin külli miqdarda dələduzluqda təqsirləndirilən sabiq baş mütəxəssisi Elnur Hüseynov mühakimə olunub.

Prosesdə dövlət ittihamçısı çıxış edib. O, E.Hüseynovun 11 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

İttihama görə, E. Hüseynov qulluq mövqeyindən istifadə edərək, 5 yanvar 2012-ci ildən 28 avqust 2015-ci ilədək “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin “Qaradağ” filialının kredit şöbəsinin baş mütəxəssisi vəzifəsində işləyərkən ayrı-ayrı şəxslərə müraciət edərək, işlədiyi bank filialından kredit rəsmiləşdirməsinə razı salıb, kredit üzrə əsas və faiz borclarının özünün ödəyəcəyini deyərək, onlara yalandan vəd verib. O, Məmmədova Səmra Orxan qızının kredit qovluğundakı sənədlərdə sonuncunun imzasını oxşadıb icra etməklə 3 min manat, Hüseynova Qumru Orxan qızı, Əzizov Azan Mahir oğlu, Qaçayev Aydın Qaçay oğlu, Qəhrəmanov Elçin Rəşid oğlu, Cavani Mehdi Hicran oğlunun hər birinin adına eyni qaydada 3 min manat kredit rəsmiləşdirərək, götürüb. Eyni qaydada zərərçəkmiş Elduz Rzayevin adına 10 min manat, Qəzənfər İsgəndərovun adına isə 7 min manat kredit götürərək, dələduzluq edib.

Ona qarşı Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda törədildikdə) maddəsi ilə cinayət işi başlanıb.

Ana səhifəXəbərlərBeynəlxalq Bankın əməkdaşları məhkəmə qarşısında