”Beynəlxalq Banka münasibət rəqabət mühitini pozur”

Samir Əliyev: Banklar arasında ayrı-seçkilik edilir

Source:


Samir Əliyev: Banklar arasında ayrı-seçkilik edilir

“Beynəxalq Bank əhalidən dollar əmanətini illik 2-2,25 faizlə qəbul edir. Dövlət Neft Fondundan isə iki dəfə baha – illik 4 faiz olmaqla martın 18-də 500 milyon dolları depozit şəkilində cəlb edib”.

Bu barədə öz Facebook səhifəsində iqtısadçı Samir Əliyev məlumat yayıb.

Əməliyyatın iqtisadi təhlilini aparan Samir Əliyev deyir ki, ölkədə əhalidən ucuz resurs cəlb etmək mümkün olduğu halda Beynəlxalq Bankın qısa müddətdə nisbətən bahalı resursa üz tutması artıq borclanma ilə yanaşı bankın xarici borc öhdəliklərinin yerinə yetirilməsində ciddi problemlərin olduğunu göstərir.

Eyni zamanda iqtisadçı hesab edir ki, banklar arasında ayrı-seçkilik edilir:

“Dövlət Neft Fondu tərəfindən Beynəlxalq Banka depozit yatırılması bank sektorunda rəqabət mühitinin pozulması kimi qiymətləndirilməlidir. Bank bazarının 1/3-nə malik və dövlət mülkiyyətində olan, eyni zamanda dövlətdən 6 milyard manata qədər dəstək alan Beynəlxalq Banka dövlət tərəfindən xüsusi qayğı göstərilməsi özəl banklara münasibətdə ayrı-seçkilikdir”.

Ana səhifəXəbərlər”Beynəlxalq Banka münasibət rəqabət mühitini pozur”