Beynəlxalq Bank 20 illik ipotekanı dayandırdı

”Layihələri yenidən qiymətləndiririk”

Source:
foto marja.az
foto marja.az


”Layihələri yenidən qiymətləndiririk”

Azərbaycan Beynəlxalq Bankının (ABB) bir sıra tikinti şirkətləri vasitəsilə təqdim etdiyi 20 illik ipoteka kreditini dayandırdığı bildirilir.

“Marja”nın tikinti sektorundan əldə etdiyi məlumata görə, artıq Bank bir sıra layhələr üzrə mənzil satışını 20 illik ipotaka krediti ilə maliyyələşdirmir.

Tikinti şirkətləri ABB vasitəsilə manatla ipoteka kreditni ilkin ödənişsiz (bəzi layihələrdə 10% ilkin ödəniş), illik 10%-lə, 20 il müddətinə təklif edirlər.

Məlumata görə, Bank əməkdaşlığı bəzi layihələr üzrə dayandırıb.

Bir neçə gün öncə ABB-nin İdarə Heyətinin sədri vəzifəsindən azad edilmişdi.

Azərbaycan Beynəlxalq Bankının mətbuat xidmətindən sorğumuza cavab olaraq bildirildi ki, hazırda sözügedən layihələrin gəlirliliyi baxımından yenidən qiymətləndirilməsi aparılır. Bank üçün daha sərfəli şərtlərlə bu layihələr üzrə ipoteka kreditləşməsi yenidən bərpa edilə bilər.

Ana səhifəXəbərlərBeynəlxalq Bank 20 illik ipotekanı dayandırdı