Bəxtiyar Quliyev əfv üçün İlham Əliyevə müraciət etdi

“Dedi ki, mən NİDA Vətəndaş Hərəkatından çıxıram”

Source:


“Dedi ki, mən NİDA Vətəndaş Hərəkatından çıxıram”

“Kürdəxanıda görüşümüz var idi. Bəxtiyarla görüşəndə şüşənin arxasından mənə vərəq göstərdi. Bu, bəyanat idi. Dedi ki, mən NİDA Vətəndaş Hərəkatından çıxıram, vəkillərimdən də imtina edirəm”. Bunu Myedan Tv-yə NİDA-çı Bəxtiyar Quliyevin atası Səməndər Quliyev deyib.

B.Quliyev ölkə başçısı İlham Əliyevə müraciət edərək əfv edilməsini istəyib.

Valideyni deyib ki, bəyanatı Bəxtiyar könüllü yazıb, ona heç bir təzyiq göstərilməyib. O, oğlunun bəyanatı ona vermədiyini bildirir. Bunun səbəbini də soruşmadığını deyir.

B.Quliyev şəklinin “Azadlıq” qəzetinin siyasi məhbuslar bölümündən çıxarılmasını da istəyib.

B. Quliyev Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə 2013-cü ilin martında Azərbaycanda kütləvi iğtişaşlara cəhdə görə 7 il müddətinə azadlıqdan məhrum edilib.

Ana səhifəXəbərlərBəxtiyar Quliyev əfv üçün İlham Əliyevə müraciət etdi