“Yazdıqlarımın Fazil Mustafanın həyatına təhdid sayıla bilməsi barədə soruşublar”
İctimai fəal Bəxtiyar Hacıyev iyunun 25-də yenidən Bakı Şəhər Baş Polis İdarəsinə çağırılıb.
Deputat Fazil Mustafanın şikayəti əsasında şəhər polisinə çağırılan Bəxtiyar Hacıyevi müstəntiq Elçin Qurbanov dindirib.
Bu barədə Meydan TV-yə danışan Bəxtiyar Hacıyev bildirib ki, 22 iyunda yazdığı izahatla bağlı bəzi suallar yarandığı üçün yenidən idarəyə çağırılıb:
“Əlavə suallar hüquq-mühafizə orqanlarına müraciət, sosial şəbəkələrdə yazdıqlarımın onun həyatına təhdid sayıla bilərmi və başqa məqamları əhatə edirdi”.
İctimai fəal Bəxtiyar Hacıyevlə deputat Fazil Mustafa arasında mübahisə Çevik Polis Alayının Yasamal rayonu, Dadaş Bünyadzadə küçəsində apardığı əməliyyatdan sonra yaranıb.
Buna görə
Bəxtiyar Hacıyev
iyunun 22-də Bakı Şəhər Baş Polis İdarəsinə çağırılmışdı.