Bəşir Süleymanlıdan oğluna doğum günü məktubu

“Mən sənin və həmyaşıdlarının demokratik və firavan ölkədə yaşaması üçün bu gün burdayam və səninlə deyiləm”

Source:


“Mən sənin və həmyaşıdlarının demokratik və firavan ölkədə yaşaması üçün bu gün burdayam və səninlə deyiləm”

Bakı İstintaq Təcridxanasında saxlanılan Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin (SMDT) icraçı direktoru, vicdan məhbusu Bəşir Süleymanlı oğlu İsmayılın doğum günü münasibətilə ona məktub yazıb. Məktubda deyilir:

“Əzizim İsmayıl!

Səni bağrıma basıb öpə bilməsəm də, ürəkdən təbrik edirəm. Arzu edirəm ki, vətənə, millətə layiqli övlad olasan. Dövlətimizin müstəqilliyi, azadlığı, demokratik dəyərlərin, qanunun aliliyi üçün çətinliklərə sinə gərə bilən bir vətəndaş kimi yetişəsən. Düzdü, indi bu şeylər sənə yaddır. Sən istərdin ki, atan sənin yanında olsun, səninlə əylənsin. Mən bu gün sənin yanında ola bilərdim. Amma mən sənin və həmyaşıdlarının demokratik və firavan ölkədə yaşaması üçün bu gün burdayam və səninlə deyiləm. Ümid edirəm ki, sən böyüyəndə buna görə məni qınamayacaqsan…”

Avqustun 6-da İsmayılın 4 yaşı tamam olur.

Mayın 26-da Bakı Ağır Cinayətlər Məhkəməsində SMDT rəhbəri Anar Məmmədliyə, Bəşir Süleymanlıya və Elnur Məmmədova hökm oxunub. Anar Məmmədli 5 il 6 ay, Bəşir Süleymanlı 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Elnur Məmmədov isə 3 il 6 ay şərti həbs cəzası alıb. B.Süleymanlı məhkəmə zalından həbs edilib. Yerli və beynəlxalq hüquq müdafiə təşkilatları, demokratik ölkələr onların həbsini siyasi motivli sayır və seçki müşahidəçiliyi ilə məşğul olduqları üçün həbs edildiklərini bildirirlər.

Ana səhifəXəbərlərBəşir Süleymanlıdan oğluna doğum günü məktubu