Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin təmsilçisi deyib ki, ona qarşı ittihamlar qanunsuz idi
Ölkə başçısı İlham Əliyev 18 martda əfv sərəncamı imzalayıb. Sərəncamda siyasi məhbuslardan yalnız iki nəfər- Bəşir Süleymanlı və Orxan Eyyubzadə azad edilib. Hicab məhbusu Anar Qasımlı da əfv olunanların siyahısındadır.
Martın 19-da saat 11.15-də 3 il 6 ay azadlıqdan məhrum olunan Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin təmsilçisi Bəşir Süleymanlı azad olunub.
Bəşir Süleymanlı deyib ki, ona qarşı ittihamlar qanunsuz idi və hamı nəyə görə həbs olunduqlarını bilirdi.
Meydan TV-in hadisə yerində olan əməkdaşı bu barədə məlumat verib.